Bu kənd hələ də 2500 dollar maaşa çoban axtarır

© Photo : ntv.com.trTürkiyənin Muş vilayətinin Üçevlər kəndi
Türkiyənin Muş vilayətinin Üçevlər kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Olduqca mürəkkəb coğrafi bölgədə yerləşən kəndin problemi tək soyuq hava və qarlı-buzlu yollarla bitmir

BAKI, 11 apr – Sputnik. Türkiyənin Muş vilayətinin Üçevlər kəndinə gedən yol 6 ay idi ki, qar və buza görə bağlanmışdı. Havaların az da olsa isinməsi ilə buzların əriməyə başlaması hökuməti hərəkətə keçirib. Nəhayət, həmin yol bu gün səhərdən etibarən nəqliyyatın istifadəsinə açılıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, uzun müddət kənddən şəhərə heç bir nəqliyyat vasitəsi işləmədiyi üçün ciddi əziyyət çəkən vətəndaşlar yolun açılmasını böyük sevinclə qarşılayıblar.  

Olduqca mürəkkəb coğrafi bölgədə yerləşən kəndin problemi tək soyuq hava və qarlı-buzlu yollarla da bitmir. Burada mal-qaranı otarmaq üçün çoban tapmaq da tez-tez müşkülə çevrilir. Ötən il aylıq 2500 dollar pul, əlavə olaraq gündəlik ərzaq, 3 qutu siqaret, geyim-kecim təklif edilməsinə rəğmən heç bir çoban Üçevlər kəndinin dağlarında bu işi görməyə yaxın durmurdu.

Sakinlərin dediyinə görə, analoji vəziyyət hələ də davam edir. “Hazırkı çoban da soyuq və dözülməz havaya görə işini tərk eləmək istəyir” – kəndlilər deyir. 

Xəbər lenti
0