Tramp təhlükəsizlik gətirdimi: amerikalıların 10%-i cavab verməkdə çətinlik çəkir

© REUTERS / Jim Lo ScalzoПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın gəlişi ilə dünyanın daha da təhlükəsiz olacağına şübhə edənlər arasında 16-54 yaş arasında olan almanlar çoxluq təşkil edirlər

BAKI, 11 apr – Sputnik. Fransızların (64%) və almanların (72%) əksəriyyəti Donald Trampın prezidentliyi dövründə dünyanın daha da təhlükəli olacağı fikrindədir. Spuntik.Rəy-in sorğusunun nəticələri bunu göstərir.

Rəyi soruşulan braziliyalıların 60%-i, türklərin 52%-vi və ingilislərin 55%-i də bu fikirdədir. Sorğu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün TNS Global şirkəti tərəfindən keçirilib.

Trampın gəlişi ilə dünyanın daha da təhlükəsiz olacağına şübhə edənlər arasında 16-54 yaş arasında olan almanlar çoxluq təşkil edirlər. 18-64 yaş aralığında olan amerikalıların üçdə biri isə Trampın dünyada təhlükəsizliyin qarantı olacağına əmindirlər. 

© SputnikTrampın gəlişi ilə dünya daha da təhlükəsiz olacaq?: Sorğu
Trampın gəlişi ilə dünya daha da təhlükəsiz olacaq?: Sorğu - Sputnik Azərbaycan
Trampın gəlişi ilə dünya daha da təhlükəsiz olacaq?: Sorğu

İtalyanların 32%-i, türklərin 28%-i və britaniyalıların 25%-i hesab edirlər ki, Trampın gəlişindən sonra dünyada təhlükəsizliyin səviyyəsi dəyişməyəcək. 

Amerikalıların 10, fransızların 9, britaniyalıların 8, italyanların 6, almanların isə 8%-i Donald Trampın prezidentliyi dövründə dünyada təhlükəsizliyin səviyyəsini müəyyən etməyə çətinlik çəkiblər. 

Sorğu ən iri beynəlxalq araşdırma şirkətlərindən olan TNS Global tərəfindən 2017-ci il fevralın 16-dan 22-dək keçirilib. Sorğuda Türkiyə, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Braziliya və ABŞ-dan 7148 respondent iştirak edib.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.  

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0