The United States carried out a missile attack on an air base in Syria Thursday

Britaniya XİN: ABŞ Suriya rejimini yenidən vura bilər

25
İngiltərə XİN: Suriyada oyunun qaydalarının dəyişdiyinə artıq şübhə yoxdur

BAKI, 10 apr — Sputnik. "Amerika Suriyadakı rejimin mövqelərini yenə vura bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İngiltərənin xarici işlər naziri Boris Conson "The Sun" qəzetinə danışıb.

B. Conson, Suriyanın Homs şəhəri yaxınlığındakı Şayrat hərbi bazasını vurmaqla ABŞ-ın dünyaya mesaj verdiyini söyləyib.

"Kimyəvi silahdan istifadə edən və etməyi düşünən hər dövlətə bu açıq-aşkar mesaj idi. ABŞ belə bir əməliyyatı yenidən edə bilər. Suriyada oyunun qaydalarının dəyişdiyinə artıq şübhə yoxdur" — Boris Conson bildirib.

25
Teqlər:
Holms, Şayrat aviabazası, ABŞ, Boris Conson, Amerika, Britaniya, Suriya
Əlaqədar
"Türkiyənin Suriya məsələsində aydın və ardıcıl siyasəti yoxdur"
“Əgər BMT Suriya üçün addım atmasa, bu addımı Amerika atacaq”
“Əgər biz qalib gəlməsək, Suriya xəritədən silinəcək”
Vaşinqtondan Suriya və İrana sərt mesaj
Amerika raketləri Suriyanı belə bombardman etdi