Müttəfiqindən ABŞ-a ultimatum

© AFP 2023 / JUNG YEON-JEABŞ və Cənubi Koreya bayraqları, arxiv şəkli
ABŞ və Cənubi Koreya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Honq Yonq: “Bizim üçün əsas olan xalqımızın təhlükəsizliyidir”

BAKI, 10 apr – Sputnik. Nüvə başlıqlı ballistik raket sınağını davam etdirən Şimali Koreyaya hərbi müdaxiləyə hazırlaşan ABŞ-a müttəfiqi Cənubi Koreya etiraz edib. 

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, açıqlama ölkənin baş nazirinin müavini Honq Yonq-Pyo-dan gəlib: “Əlbəttə, biz Birləşmiş Ştatların xoş niyyətini yaxşı başa düşürük. Onlar nüvə silahına qarşı qabaqlayıcı tədbirlər görmək istəyirlər. Lakin, bizim üçün əsas olan xalqımızın təhlükəsizliyidir. Ona görə də, Amerikanın Şimali Koreyaya mümkün hərbi müdaxiləsini dəstəkləmirik”. 

“Şimali Koreyanı nüvə ehtirasından imtinaya razı salmaq üçün iki Koreya arasında dialoqa söykənən strategiya qəbul edilməlidir. Biz hazırda tarixi dönüş nöqtəsindəyik. Ya Şimali Koreyanın nüvə silahına sahib olması iddiasını qəbul edəcəyik, ya da onları bu pis vərdişdən uzaqlaşdıracağıq” – Honq Yonq bildirib.

Xəbər lenti
0