İŞİD terrorçuları

İŞİD Ərdoğanı hədəfə aldı

136
Terror təşkiları öz üzvlərinə Türkiyədə referendum günü seçki məntəqələrinə hücum çağırışı edib

BAKI, 8 apr — Sputnik. İŞİD terror təşkilatı Türkiyədəki üzvlərinə, aprelin 16-da keçiriləcək referendumda seçki məntəqələrinə hücum çağırışı edib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, İŞİD bu çağırışı, təşkilatın aylıq jurnalı olan "Rumiyah"ın türk dilində olan versiyasında yerləşdirib.

İŞİD-in həftəlik ərəb dilində olan "al-Naba" qəzetində də Türkiyədə seçki məntəqələrinə hücumların təşkil edilməsi çağırışı təkrarlanıb. Qəzetdə "Əlinizdəki ən güclü vasitə nədirsə, onu istifadə və maksimum qarışıqlıq yaradın" ifadələri yer alıb.

136
Teqlər:
terror təşkilatı, Türkiyə, hücum, seçki məntəqələri, çağırış, referendum, İŞİD
Əlaqədar
İŞİD hücum etdi, 7 nəfər öldürüldü
Azərbaycanlı İŞİD-çi ailəsi ilə danışdığı yerdə öldürüldü
İŞİD bu şəhəri də qana boyadı
İŞİD-in daha bir "qala"sına hücum başladı
Tramp: "İŞİD xərçəng şişidir"
Türk ordusu Əl-Babı İŞİD-dən təmizlədi
İŞİD-in əl-Bab “vali”si öldürüldü
Türk ordusundan İŞİD-ə daha bir zərbə
F-35 qırıcısı, arxiv şəkli

Səlcuq Bayraqdar: "ABŞ-ın Türkiyəyə F-35 qırıcısı verməməsi xeyirli addımdır" - VİDEO

18
(Yenilənib 16:12 22.04.2021)
Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

BAKI, 22 aprel — Sputnik. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartmasına öz "Instagram" hesabından paylaşdığı video ilə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər yayıb.

Bayraqdar bildirib ki, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları verməməsi bu gün mənfi hal kimi qiymətləndirilsə də, əslində gələcəkdə milli müdafiə sənayesinin inkişafı baxımından ən xeyirli addım kimi qiymətləndirilə bilər.

"Çünki proqramını xaricdən satın alacağımız rəqəmsal kompüterlər tərəfindən idarə olunan və pilotun yerinə qərar verən xarici missiyalı kompüteri və proqramı olan bir sistem müstəqil istifadə baxımdan bizə ciddi məhdudiyyətlər yarada bilər. Bundan başqa, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollar vəsait xərcləyəcəyimiz layihədən söhbət gedir. Bəli, bu gündən işə başlasaq, bəlkə də bu tip təyyarə düzəltməyimiz üçün 15-20 il vaxt lazım gələ bilər. Onun əvəzinə inkişaf etdiriləcək milli platformanın satınalma, istismar, təmir xərcləri isə hər bir halda F-35-dən az olacaq", – deyə texniki direktor vurğulayıb.

Bayraqdar onu da bildirib ki, üstəlik 15-20 il sonra hazır olacaq bu tip qırıcı həmin dövrə qədər başqa ölkələrin inkişaf etdirəcəyi təyyarələrdən bir nəsil geri qala bilər. Odur ki, bunun əvəzinə daha ucuz qiymətə başa gələn, süni intellektlə təchiz olunmuş pilotsuz döyüş təyyarələrini inkişaf etdirmək daha məqsədəuyğundur. Çünki gələcəyin istiqamətini məhz bu cür hava vasitələri müəyyənləşdirəcək.

Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

"Baykar" şirkətinin son 4-5 ildə gerçəkləşdirdiyi AKINCI platforması üzərində işin başa çatması ilə əlaqədar Milli Pilotsuz Döyüş Təyyarəsi layihəmizi bu yaxınlarda sürətləndirdik. Hədəfimiz bu platformaya aid təyyarənin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir", – deyə o bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 Zenit-Raket Kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

18
Teqlər:
video, ABŞ, Türkiyə, "F-35" qırıcıları, Səlcuq Bayrakdar, Baykar Makina
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

6
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

6
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Pul qazanmağın yolu da təmizlikdən keçir - FOTO

0
(Yenilənib 17:08 22.04.2021)
"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatına investisiya etdiyi hər 1 dollar 8 dollar gəlir gətirib".

Bu gün Dövlət Turizm Agentliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə dəstəyi ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisindəki sahilində təmizlik və maarifləndirmə tədbiri həyata keçirilib. Beynəlxalq Yer Kürəsi Günü çərçivəsində keçirilən aksiya Lənkəranın Nərimanabad qəsəbəsi, Aşağı Nüvədi və Sütəmurdov kəndlərini əhatə edib.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Elgün Məmmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəranda həyata keçirilən tədbir “Yer Kürəsi Günü”nün earthday.org rəsmi internet səhifəsindəki tədbirlər siyahısında qeydiyyatdan keçirilib: "Bu tədbir turizmin hər bir sahəsi, eləcə də balıqçılıq turizminin inkişafına dəstək üçündür. Bunun üçün hal-hazırda bir neçə məkan seçilərək əvvəlcədən müəyyən edilib. Burada həm balıqçılıqla məşğul olan, həm də digər turistlərin hərəkət edə biləcəkləri ərazilər əsas götürülüb”.

Tədbirin təşkilatçılarından olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqh öz növbəsində Dövlət Turizm Agentliyinin əməkdaşları və lənkəranlılarla bir yerdə sahillərin təmizlənməsi lahiyəsində birlikdə iştirak etdiklərindən çox məmnun olduğunu bildirib: 

“Mən bu gün burada olmağımla fəxr edirəm. Gördüyümüz kimi, bura Azərbaycanın ən gözəl bölgəsidir. Lənkəranda turizmin inkişaf etdirilməsi üçün böyük potensial və resurslar var. Mən deyərdim ki, lənkəranlılarla bir yerdə çalışıb buranı Azərbaycanın digər bölgələrindən gələn qonaqlar üçün turistik məkana çevirməliyik. Biz Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edərək bu bölgəni turistik zonaya çevirməyə çalışırıq. Amma bununla yanaşı, biz bu bölgədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə də çalışırıq.

Bizə Azərbaycan xalqının, xüsusilə də fermerlərinin çox zəhmətkeş olduqları məlumdur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatına investisiya etdiyi hər 1 dollar 8 dollar gəlir gətirib. Bu istiqamətlərdə Azərbaycan Dövlət Agentlikləri ilə əməkdaşlıq edərək Azərbaycanda turizmi və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindəyik. Yəqin, hər biriniz burada bitən kivi və çiyələyin başqa yerlərdə olduğundan daha dadlı olması ilə razılaşarsınız. Bu sahələrin inkişaf etdirilməsi məqsədilə burada soyuducu anbarlar inşa etdirmişik və bunrlar fermerlərə öz məhsullarının satışı üçün yeni imkanlar yaradıb. Bu layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlarımıza, Dövlət Turizm Agentliyinə və əlbəttə ki, könüllülərin hər birinə öz minnətdarlığımı bildirirəm”.

0
  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

  • © Sputnik / Rahim Murad

    Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri.

Teqlər:
fotolent, təmizlik, Lənkəran