ABŞ-ın Suriyadakı hərbi bazaya zərbəsi

ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı

180
(Yenilənib 11:08 07.04.2017)
Mövzu ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi Pentaqon, hədəf olaraq seçdikləri Şayrat bazasında kimyəvi silahlar olduğunu bildirib

BAKI, 7 apr — Sputnik. ABŞ Aralıq dənizində yerləşən hərbi gəmilərindən, Suriya ordusunun Homs əyalətindəki Şayrat aviabazasını "Tomahawk" raketləri ilə vurub. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, Suriya ordusunun yerləşdiyi bölmələrə 59 ədəd raket atılıb.

Mövzu ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi Pentaqon, hədəf olaraq seçdikləri Şayrat bazasında kimyəvi silahlar olduğunu bildirib. Maraqlıdır ki, raketlərin atıldığı "USS Ross" və "USS Porter" hərbi gəmiləri Rusiyanın Suriyadakı Tartus hərbi bazasının qarşısında yerləşir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hərbi zərbələrini beynəlxalq hüququn kobud şəkildə pozulması, suveren dövlətə qarşı təcavüz hesab edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Rysiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

O, bildirib ki, Suriyanın kimyəvi silahı yoxdur: "Suriya ordusunun kimyəvi silahlarının tam olaraq məhv edilməsi BMT-nin xüsusi qrupu tərəfindən təsdiq edilib".

Peskov onu da deyib ki, Putin terrorçuların kimyəvi silahdan istifadə etməsi faktına tam olaraq göz yumulmasının vəziyyəti ciddi şəkildə gərginləşdirdiyini bildirib: "Dövlət başçısı güman edir ki, ABŞ Suriyaya zərbə endirməklə dünya ictimaiyyətinin diqqətini İraqda dinc sakinlər arasında çoxsaylı qurbanlardan yayındırmaq istəyir".

180
Teqlər:
Donald Tramp, Putin, Pentaqon, raket, Suriya, Rusiya, ABŞ
Əlaqədar
“Əgər biz qalib gəlməsək, Suriya xəritədən silinəcək”
Vaşinqtondan Suriya və İrana sərt mesaj
“Suriyalı müxaliflərin vurduğu təyyarə bizə aid deyil”
"Suriyadakı müharibənin İslama aidiyyatı yoxdur"
Suriyadakı məscid qətliamının əsl səbəbkarı bilindi
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

21
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

21
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

9
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

9
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

0
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj