Uilyam Uollesin müstəqil Şotlandiya arzusu gerçəkləşmək üzrədir

© AFP 2023 / TIMOTHY A. CLARYNikola Stercen
Nikola Stercen - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci nazir: "Şotlandiya müstəqil dövlət olacaq və başqa ölkələr kimi BMT-də öz yerini alacaq"

BAKI, 6 apr — Sputnik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibinə daxil olan Şotlandiyanın birinci naziri Nikola Stercen, ölkəsinin müstəqilliyə yaxınlaşdığını söyləyib. Sputnik Azərbaycan bu barədə "Telegraph"a istinadən bildirir.

Şotlandiya - Sputnik Azərbaycan
Şotlandiya yenidən müstəqillik yolunda

"Şotlandiya müstəqil dövlət olacaq. Həyatda olduğum müddətdə Şotlandiyanın müstəqil dövlət olacağına və başqa ölkələr kimi BMT-də öz yerini alacağına əminəm" — xanım Stercen deyib.

O bildirib ki, müstəqilliklə bağlı keçiriləcək yeni referendumdan müsbət cavab çıxdıqdan və Şotlandiya Britaniyadan ayrıldıqdan sonra, İngiltərə ilə aralarında sərbəst ticarət olacaq: "Şotlandiya və İngiltərə hər zaman qarşılıqlı sərbəst ticarət aparmalıdır. Bu, hər iki tərəf üçün də sərfəlidir".

Xəbər lenti
0