Donald Tramp

Trampdan Əsədlə bağlı sərt qərar

1160
(Yenilənib 15:29 06.04.2017)
ABŞ prezidenti: "Suriya rejiminə qarşı hərəkətə keçməyin vaxtıdır"

BAKI, 6 apr — Sputnik. "Suriya rejiminə və Bəşər Əsədə qarşı mövqeyim çox dəyişdi. İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi qırmızı xəttin keçilməsi deməkdir. Mənim üçün çox şeylər dəyişdi".

Sputnik Azərbaycan "Telegraph"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp, Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etməsinə münasibət bildirərkən deyib. Tramp Əsəd rejiminə qarşı hərəkətə keçməyin vaxtının çatdığını bildirib.

"Kimyəvi silahlardan istifadəyə qarşı hərəkətə keçmə məsuliyyətim var. Baş verənlər qəbuledilməzdir. Günahsız insanlar, uşaqlar və körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətlərinə izn verə bilmərik" — prezident əlavə edib.

1160
Teqlər:
İdlib şəhəri, Suriya rejimi, Donald Tramp, Bəşər Əsəd, ABŞ prezidenti
Əlaqədar
Ağ Ev və Pentaqon Bəşər Əsədlə bağlı təcili müzakirələrə başladı
ABŞ-ın Bəşər Əsədlə bağlı planı dəyişdi
Bəşər Əsədə ağır zərbə
Ərdoğan: "Son telefon danışığımızda Bəşər Əsədə dedim ki..."
Politoloq: “Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir”
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinə dair ÜST-ün Avropa üzrə regional direktoru bəyanat yaydı

13
Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır.

BAKI, 22 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Dağlıq Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatların eskalasiyası ilə bağlı öz narahatlığını bildirir. ÜST-ün Bakı nümayəndəliyindən Sputnik Azərabycan-a verilən məlumata görə, bəyanatda qeyd olunur: "Sentyabr ayının sonundan etibarən başlayan toqquşmalar nəticəsində on minlərlə mülki vətəndaş öz yurdundan didərgin düşüb, yüzlərlə insan yaralanıb və xeyli sayda şəxs həlak olub. Biz münaqişədən zərər çəkən hər bir ailəyə, cəmiyyətin hər bir üzvünə öz dəstəyimizi ifadə edirik.

Hərbi əməliyyatlar COVID-19-a yoluxma sayının artmasına böyük təsir göstərir. Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaqdır.

Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır.

ÜST münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxsləri, həmçinin yaralılara və xəstələrə qulluq edilən tibb müəssisələrini qorumağa çağırır. COVID-19 pandemiyası zamanı bütün tibb işçilərinin zorakılıqdan qorunması onların pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirə bilməsi üçün xüsusilə vacibdir.

Hərbi əməliyyatların dərhal dayandırılması təməl insan hüququ olan səhiyyə xidmətlərindən istifadə imkanın davamlılığı üçün vacibdir".

13
Pianoçu, arxiv şəkli

Türkiyədə yaşayan Manafzadə ailəsindən rəşadətli Ordumuz üçün "Əsgər marşı"

52
(Yenilənib 16:03 22.10.2020)
Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl və Füzuli, Zəngilan şəhərləri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri dünya azərbaycanlılarını bir daha yumruq kimi birləşdirib. Sənətindən, peşəsindən, tutduğu statusundan asılı olmayaraq hər kəs Azərbaycana dəstək olmağa çalışır. Türkiyədə yaşayan Manafzadə ailəsi kimi. Manafzadə ailəsi Cavanşir Quliyevin "Əsgər marşı" nı Şanlı ordumuzun tarixi zəfərlərinə həsr edib.

Bu məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycanın Əməkdar artisti, Azərbaycanı dünyada tanıdan qadın dirijor, bəstəkar və pianoçu Turan Manafzadə bildirir ki, həmin marş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xahişi ilə hazırlanıb:

"Videoda gördüyünüz 4 nəfər mən və ailə üzvlərimdir. Atam Azərbaycanın Əməkdar artisti pianoçu İslam Manafov, qardaşım Abuzər Manafzadə, anam və mənəm. Biz Manafzadə ailəsi olaraq hər zaman vətənimizi xarici ölkələrdə mədəni şəkildə təbliğ edirik. Qarabağ həqiqətlərini hər konsertimiz, layihələrimiz vasitəsilə dünyaya çatdırmağa çalışırıq. Bu layihə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bizdən xahişi idi. Bu fikir bizim də ağlımıza gəlmişdi".

Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb: "Mən, ata-anamla Türkiyədə yaşayırıq, qardaşım isə Vyanada yaşayır. Biz ailəliklə - 4 pianoçu bu layihəni icra etdik. Bundan əlavə, "Azərbaycanım" və "Yüksəliş" əsərlərim və qardaşım Abuzər Manafzadənin "Xocalı" əsərini müxtəlif ölkələrdə ifa etmişik".

52
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

11
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

11
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"