İranda zəlzələ: ölən və yaralananlar var

© Photo : vistanews.ruZəlzələ şkalası
Zəlzələ şkalası - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər həyatını itirib, 10-dan artıq insan xəsarət alıb

BAKI, 5 apr — Sputnik. İranda güclü zəlzələ baş verib. 6 bal gücündəki yeraltı təkanlar Məşhəd şəhərindən 80 km aralıda, Xorasan vilayətində qeydə alınıb.

Sputnik Azərbaycan Mehr-ə istinadən xəbər verir ki, zəlzələ beş kənddə daha çox hiss olunub. Əhalisi yüzlərlə ölçülən həmin kəndlərə çoxlu sayda xilasedici dəstələr göndərilib.

İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər həyatını itirib, 10-dan artıq insan xəsarət alıb. Tələfatın arta biləcəyi istisna deyil.

Xəbər lenti
0