BAKI, 4 apr – Sputnik. Los-Ancelesdə yerləşən Buzznet adlı internet səhifəsinin keçirdiyi “dünyanın ən gözəl qadını” səsverməsinin nəticələri açıqlanıb.
Səsvermənin qalibi pop divası Beyons olsa da, əsas diqqət ikinci ada yönəlib. Dünyanın ən məşhur ulduzlarını keçərək ikinci yeri tutan bu şəxs hindistanlı aktrisa və maneken Priyanka Çopra olub.
2000-ci ildə dünya üzrə keçirilən gözəllik müsabiqəsində “Kainat Gözəli” seçilən Çopra, Twitter hesabından paylaşdığı mesajda onu dəstəkləyənlərə təşəkkür edərək yazıb: “Beyons mənim üçün də 1 nömrədir!!!”
Yaxında ekranlara çıxacaq "Bayvotç" ("Baywatch") filmində baş rolun ifaçısı Çopranın ikinci yeri tutduğu siyahıda Türkiyə aktrisasının da adı var. Azərbaycan seyrçilərinə də bir çox filmlərdəki və teleseriallardakı rolları ilə tanış olan Fəxriyə Evcen, internet səsverməsində doqquzuncu yeri tutub.
İlk onluq belədir:
Beyons
Priyanka Çopra
Teylor Hill
Emma Vatson
Dakota Conson
Hillari Klinton
Margot Robbi
Ancelina Coli
Fəxriyə Evcen
Aleksandra Daddario
BAKI, 2 mart — Sputnik. “Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər veriri ki, 40 yaşlı müğənninin meyitini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.
Musiqi karyerasından əlavə, Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.
BAKI, 2 mart — Sputnik. Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.
"Azərbaycanın bu və ya digər silah sistemləri almasına gəldikdə isə fikrimcə, Azərbaycan öz Hava Hücumundan Müdafiə Sistemlərinin möhkəmləndirilməsində maraqlı olacaq. Ona görə də bu məsələdə Rusiya istehsalı olan "S-400" və "S-300 v4" sistemlərinin ixrac variantının yaxşı şansları var. Azərbaycan PUA-ların alınması məsələsində Türkiyə və İsraillə əməkdaşlığa üstünlük verəcək", - deyə Korotçenko qeyd edib.
O, həmçinin vurğulayıb ki, Qarabağ müharibəsi zamanı "Bayraktar"lar özlərini yaxşı PR etdilər: "Aydındır ki, bu müharibənin nəticələri beynəlxalq silah bazarında "Bayraktar"a uğur qazanmaqda yardım edəcək. Hazırda Rusiya Qarabağda PUA-ların istifadəsi də daxil olmaqla, vəziyyəti diqqətlə analiz edir. Bildiyiniz kimi, Rusiyada PUA-ların bütün istiqamətləri üzrə iş aparılır. Strateji, zərbə PUA-sı olan "Oxotnik" (Ovçu) daxil olmaqla ağır PUA-lardan tutmuş, yüngül "Molniya" (İldırım) dronlarına qədər".
BAKI, 2 mart — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.