Polis avtomobili partladıldı

© Photo : AA/ Mustafa GüngörMərsin vilayətində polis maşınına bombalı hücum
Mərsin vilayətində polis maşınına bombalı hücum - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayətkarın tapılması üçün axtarışlar aparılır

BAKI, 3 apr — Sputnik. Bu gün səhər Türkiyənin Mərsin vilayətində polis maşınına bombalı hücum edilib. Nəticədə 2 polis yaralanıb.

Sputnik Türkiyə xəbər verir ki, naməlum şəxs polis maşınına tərəf partlayıcı ataraq ərazidən qaçıb. Xoşbəxtlikdən polislərdən heç birinin vəziyyəti ağır deyil. Hazırda cinayətkarın tapılması üçün əməliyyat-axtarış işləri davam edir.

Xəbər lenti
0