Seçki bülletenləri

Ermənistanda 4 partiya parlamentə keçib

106
(Yenilənib 12:17 03.04.2017)
Yeni hökuməti prezident Serj Sarkisyanın partiyası formalaşdıracaq

BAKI, 3 apr — Sputnik. Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb. Sputnik Ermənistan-ın məlumatına görə, MSK 1886 seçki məntəqəsi üzrə nəticələri (93%) elan edib.

Избирательный участок в Ереване
© Sputnik / Asatur Yesayants

MSK-nın katibi Armen Smbatyan bu gün səhər yerli vaxtla saat 9:00-a olan məlumatlara əsasən bildirib ki, seçkinin qalibi 49,21% səslə Ermənistan Respublika Partiyasıdır. Prezident Serj Sarkisyanın partiyasının parlamentdəki əsas rəqibi "Tsarukyan" blokudur. Bu blok səslərin 27,38%-ni toplayıb. "Yelk" bloku 7,72% səslə üçüncü, "Daşnaksütyun" isə 6,59% səslə dördüncü yeri tutub.

"Erməni dirçəlişi" 3,72%, "Ohanyan-Raffi-Oskanyan" bloku 2,08%, "Azad demokratlar" 0,93%, ANK-NPA bloku 1,62%, Kommunist partiyası 0,74% səs toplayıb. Adıçəkilən beş siyasi qüvvə parlamentə düşmək üçün lazım olan — partiyalar üçün 5%, bloklar üçün 7%-lik — baryeri keçə bilməyib.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda Konstitusiyaya dəyişikliklərdən sonra ilk dəfə Milli Məclisə seçkilər keçirilib. Ermənistan faktiki olaraq parlament üsul-idarəsinə keçib. Ölkədə seçici fəallığı 60,86% olub.

106
Teqlər:
blok, Mərkəzi Seçki Komissiyası, MSK, Ermənistan, seçki, parlament, partiya
Əlaqədar
Erməni xalqı Azərbaycan və Türkiyə ilə barışmaq istəyən qüvvəni dəstəkləyir
Dağlıq Qarabağda erməni hərbçisi öldürülüb
İlham Əliyevdən Ermənistana sərt bəyanat: "Daş-daş üstdə qalmayacaq"
Ermənistan bilir ki, bizim raket-artilleriya sistemlərimiz nəyə qadirdir
GATA sədri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

17
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

17
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

12
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

12
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

0
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə