Qorxunc sel 154 can aldı

© El Heraldo / Mediabanka keçidKolumbiyada sel
Kolumbiyada sel - Sputnik Azərbaycan
Abunə olmaq
180 nəfərin xəsarət aldığı, 200 nəfərin itkin düşdüyü bildirib

BAKI, 1 apr-Sputnik. Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 154 nəfər ölüb.

Xeyli insan itkin düşmüş hesab edilir.

Kolumbiyanın "El Heraldo" portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfərinsə itkin düşdüyünü bildirib.

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.

Xəbər lenti
0