A demonstrator waves an Armenian flag

Erməni xalqı Azərbaycan Türkiyə ilə barışmaq istəyən qüvvəni dəstəkləyir

56
(Yenilənib 16:18 01.04.2017)
Ermənistanda əksəriyyət Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq proqramı olan bloka səs verəcək

BAKI, 1 apr-Sputnik. Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək. APA-nın "news.am" saytına istinadla verdiyi məlumata görə, bu gün "sükut günü"dür.

Səsvermə aprelin 2-də yerli vaxtla saat 8.00-da başlayacaq, saat 20.00-da başa çatacaq.

2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq.

Parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir.

Seçkidə beş partiya — hakim Respublika, Kommunist, Daşnaksutyun, "Azad demokratlar" və "Erməni dirçəlişi" partiyaları, həmçinin dörd siyasi blok — "Yelk", Ermənistan Milli Konqresi, "Ohanyan-Raffi-Oskanyan" və "Tsarukyan" blokları iştirak edir.


Respublika Partiyasının lideri olan prezident Serj Sarkisyanın adı partiyanın seçki siyahısına daxil edilməyib. Seçki siyahısına 4 ay əvvəl müdafiə naziri təyin olunmuş və bundan bir ay sonra hakim partiya üzvü olmuş Vigen Sarkisyan başçılıq edir. Seçkilərdə hakim düşərgənin əsas rəqibləri qismində Ermənistan Milli Konqresi və "Ohanyan-Raffi-Oskanyan" bloku göstərilir.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə təxribat nəticəsində öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi "Xalq" partiyası seçkilərə eyni blokda qatılıb. Onlar Qarabağ problemini həll etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq proqramını seçkilərdə əsas məsələ kimi qoyublar. Son sorğular Ermənistan Milli Konqresinin hakimiyyət üçün problem yarada biləcəyini göstərir.

"Ohanyan-Raffi-Oskanyan" blokuna sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyan başçılıq edirlər. Blokun lideri Seyran Ohanyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətini açıqlayıb.

"Tsarukyan" blokunun da hakim partiyaya müəyyən maneələr yaradacağı proqnozlaşdırılır. Biznesmen, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın başçılıq etdiyi blokda onun rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası ilə çoxlarına tanış olmayan 3-4 kiçik partiya cəmləşib.

56
Teqlər:
Serj Sarkisyan, Karen Dəmirçyan, Raffi Ovannisyan, Ter-Petrosyan, Ermənistanda seçkilər, Ermənistan
Əlaqədar
GATA sədri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
"Ermənistan üçün faciəvi nəticələr meydana çıxacaq"
İlham Əliyev: "Ermənistan depressiyada yaşayan bir ölkədir"

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

3
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

3
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

0
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0