El Çapo Nyu-York hava limanında

Beynəlxalq Əfv Təşkilatı bir nömrəli narkobarona sahib çıxdı

174
"Onun ABŞ-da 23 saat qapalı kamerada saxlanılması, sadəcə 1 saat gün işığına icazə verilməsi doğru deyil, yersiz cəzadır"

BAKI, 31 mart — Sputnik. Dünyanın bir nömrəli narkobaronu sayılan və hazırda ABŞ həbsxanasında cəza çəkən, "Əl Çapo" ləqəbli meksikalı Xoakin Quzmana gözlənilməz dəstək gəlib. Sputnik Azərbaycan "Guardian"a istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı (BƏT) "Əl Çapo"nun ağır həbsxana şəraitinə görə ABŞ-ı tənqid edib.

"Aydın məsələdir ki, Xoakin Quzman cinayət işlədib. Təbii ki, onun həbsi normaldır. Ancaq 23 saat qapalı kamerada saxlanılması, sadəcə 1 saat gün işığına icazə verilməsi doğru deyil. Yersiz cəzadır" — BƏT-in bəyanatında qeyd olunub.

Xatırladaq ki, narkobaron Xoakin Quzman ötən ilin əvvəlində Meksikada saxlanıldığı həbsxanadan qaçmış, ancaq ilin sonunda ABŞ xüsusi təyinatlıların yardımı ilə yenidən həbs olunaraq Nyu-Yorkda ciddi mühafizə olunan həbsxanaya köçürülmüşdü.

174
Teqlər:
Beynəlxalq Əfv Təşkilatı, Xoakin Quzman, "Əl Çapo", narkobaron, BƏT, həbsxana, ABŞ, cəza
Əlaqədar
Azərbaycanda hər 7 məhbusdan biri narkotikdə ittiham olunur
Sərhəddə narkotik əməliyyatı: saxlanılan var
İranlı gül qabı əvəzinə narkotik verdi və...
Narkotik alverçiləri tutuldular
Bu ölkədə narkotikə görə cəza ləğv olunur
Narkoman ər arvadını vəhşicəsinə qətlə yetirdi

İlham Əliyev: "Əgər Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə İrəvana qayıtmayaq?"

18
(Yenilənib 13:15 13.04.2021)
"Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq".

BAKI, 13 aprel — Sputnik. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri. Başqa misallar da var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin.

Sputik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar".

Dövlətimizin başçısı qeyd edib ki, bu, faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var: "Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm".

18
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

13
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

13
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında

İlham Əliyev: "Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik"

0
Su anbarlarından biri azad olundu və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşanların su sahəsində bizimlə əməkdaşlığa ehtiyacı var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan erməniləri öz vətəndaşımız hesab edirik.

"Humanitar yardım, maddi-texniki dəstək baxımından indiyə qədər etdiklərimiz bu niyyətimizi göstərir. Daha artığını deyə bilərəm. Bu gün su məsələləri ilə bağlı bəzi ekspertlər səviyyəsində əlaqələr var. Çünki 30 il ərzində Tərtər çayının suyunun kəsilməsindən əziyyət çəkirdik. Buna səbəb isə separatçılar tərəfindən iki su anbarına nəzarət olunması idi. Su anbalarından biri azad olundu və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşanların su sahəsində bizimlə əməkdaşlığa ehtiyacı var. Bu başlayıb. Bu məsələdə də Azərbaycan konstruktiv mövqe sərgiləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək

0