Belarus prezidenti Aleksandr Lukaşenko

Lukaşenkodan Lapşin məsələsinə görə sərt bəyanat

40
(Yenilənib 16:05 28.03.2017)
Aleksandr Lukaşenko Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan tərəfdən rəsmi Minskin tənqid olunmasına münasibət bildirib

BAKI, 28 mart — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko bloqçu Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı nə Azərbaycan, nə də Ermənistanla mübahisə etmək niyyətində deyil.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, A. Lukaşenko bunu Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib. O, həm Azərbaycan, həm də Ermənistan xalqını özlərinə yaxın hesab etdiklərini söyləyib.

A. Lukaşenko A. Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan tərəfdən rəsmi Minskin tənqid olunmasına da münasibət bildirib: “Ermənistanın bu məsələ ilə nə əlaqəsi var? Ermənistan tərəfindən Aleksandr Lapşinin məsələsi ilə bağlı mənə heç vaxt heç nə deyilməyib. O, Azərbaycan tərəfindən axtarışa verilmişdi. Burada saxlanıldı. İnterpol bilirdi. Biz lazımi, qanunauyğun şəkildə məlumat verdik. Onu kimə verməli idik? Barəsində axtarış elan edən ölkəyə verməli idik”. 

40
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

38
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

38
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

269
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

269
Teqlər:
təsir, peyvənd, AstraZeneca

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

0
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

0