BAKI, 28 mart – Sputnik. Gürcüstan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizasız səfər rejimi qüvvəyə minib.
Sputnik Gürcüstan xəbər verir ki, gürcüstanlılar üçün vizasız rejimin tətbiqi barədə qərar bu ayın 8-də Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.
Xatırladaq ki, qərar 20 gün ərzində qüvvəyə minməli idi və bu da martın 28-nə təsadüf edir.
BAKI, 18 yanvar - Sputnik. Fransanın müsəlman icması Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib.
Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Fransada fəaliyyət göstərən “Böyük Məqrəb” Assosiasiyası Azərbaycana humanitar yardım göndərib.
Yardıma əsasən tibbi təhcizat və tibbi avadanlıqlar daxildir.
Qeyd edək ki, 2019- cu ildə yaradılmış “Böyük Məqrəb” Assosiasiyası humanitar təşkilat olub müsəlman ölkələrinə dəstək göstərir.
BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.
Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.
Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.
Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".