Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

Ərdoğan Atatürk haqda elə ifadə işlətdi ki...

953
(Yenilənib 15:01 28.03.2017)
Türkiyə prezidenti: "Onlar Atatürklə harada görüşüblər? Onun ruhu ilə danışırlar?"

BAKI, 28 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən qatıldığı özəl televiziya kanalının canlı yayımında Respublikanın qurucu lideri Mustafa Kamal Atatürk haqda maraqlı ifadələr işlədib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.

Aparıcının qarşıdakı referendumla bağlı verdiyi sualları cavablandıran Ərdoğan, Atatürkdən də misal çəkib. Almaniyanın məşhur Bild qəzetinin dünənki "Atatürk yaşasaydı, referenduma yox deyərdi" manşetini dəyərləndirən Ərdoğan Almaniyaya sərt açıqlama verib.

"Onlar Atatürklə harada görüşüblər? Onun ruhu ilə danışırlar? Yoxsa Atatürkün yaddaş qeydlərini oxuya bilmə bacarıqları var? Mən tam əksini düşünürəm. Mustafa Kamal referendumun qəbuluna müsbət yanaşardı. Çünki o, bizim eləmək istədiyimizi etdi. İsmət İnönü ilə yola getmədi. Halbuki onun ən yaxın dostu idi. Çünki İsmət İnönü Atatürk kimi böyük düşünmədi" — Ərdoğan deyib.

953
Teqlər:
Mustafa Kamal Atatürk, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, prezident
Əlaqədar
Referendum hazırlığından narazı qalan Ərdoğandan qəti təlimat
Ərdoğandan Avropaya sərt xəbərdarlıq: "Küçəyə addım ata bilməyəcəksiniz"
Putinlə Ərdoğan arasında böyük anlaşma
Fransua Olland İlham Əliyevə Ərdoğan haqda nə dedi?
Ərdoğan Hollandiya barədə elə ifadə işlətdi ki
"Ərdoğan kimi düşünənlər Türkiyəyə qayıtsın"
Konstitusiya Məhkəməsi Ərdoğanın çıxışına qadağa qoydu
Politoloq Fikrət Sadıxov

Politoloq: “Şablona çevrilən izahatlar reallığı əks etdirmir”

15
(Yenilənib 12:37 04.08.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır
Fikrət Sadıxov: “Bu, Qərblə İranın münasibətlərinin nəticəsidir”

Oman körfəzində İsrail şirkətinə məxsus neft daşıyan tankerin hücuma məruz qalmasında İran günahlandırılır. Arıq bir çox Qərb dövlətləri bununla bağlı İran hökumətini sərt tənqid edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu cür hallar ilk dəfə deyil ki yaşanır və bu, Qərblə İranın münasibətlərinin nəticəsidir: “Ola bilsin ki, belə bir hadisənin baş verməsində İranın da əli və maraqları var. Ancaq şablona çevrilən izahatlar reallığı əks etdirmir. Əgər bunu İran edibsə, boynuna götürməlidir, kimdən çəkinməlidir axı?! Aydındır ki, tərəflər arasında qarşıdurma gedir. İsraili də başa düşmək olar. İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

15
Nikol Paşinyan, arxiv şəkli

Nikol Paşinyan onun istefasını tələb edən generalı işdən qovub

4919
(Yenilənib 11:48 04.08.2021)
Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

BAKI, 4 avqust - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

Paşinyan yenidən Ermənistanın baş naziridir

Qeyd edək ki, avqustun 2-də Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.

Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.

Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.

Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.

Ermənistanda parlament seçkiləri

İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.

Deputat mandatından imtinalar
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.

Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.

Həmçinin oxuyun:

* Paşinyan və Koçaryan deputat mandatından imtina ediblər

* Ermənistanda kadr problemi: Paşinyan bir nəfəri vəzifədən çıxarıb o birinə təyin edir

Paşinyan dalana dirənib – nazir qoymağa adam tapmır

4919
Milli Televiziya və Radio Şurası

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb, heç bir iddiaçıya lisenziya verilməyib

0
(Yenilənib 18:55 04.08.2021)
Şuranın iclasında aparılan müzakirələrdə müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır.

BAKI, 4 avqust - Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

Bu barədə MTRŞ-dan bildirilib.

Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

Həmçinin oxuyun:

MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq

MTRŞ-nın yeni cəzası effekt verir - Telekanallar artıq qanunları poza bilməyəcəklər

0