Ölüm barədə böyük həqiqət sübut olundu

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər ateistlərlə səmimi dindarları birləşdirən maraqlı nöqtəni tapıblar

BAKI, 28 mart — Sputnik. Oksford və Melbrun universitetlərinin tədqiqatçıları ateistlər, dindarlar və həqiqi inanclı insanların ölüm qorxusunu öyrəniblər və maraqlı nəticə əldə ediblər.

Qəbiristanlıq, arxiv şəkli - Sputnik Azərbaycan
İnsan ölümün yaxınlaşdığını hiss edəcək

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar 1961-ci ildən 2014-cü ilə qədər nəşr olunan yüzlərlə elmi məqaləni araşdırıblar. Bu məqalələrdə 26 min insanın ölümə münasibəti yer alıb. Həmin göstəriciləri birləşdirərək təhlil edən elm adamları bu qənaətə gəliblər ki, səmimi dindarlar və ateistlər arasında ölüm qorxusu aşağı səviyyədədir.

Bununla yanaşı, "zahirən dindar" adamlar səmimi dindarlarla müqayisədə ölümdən daha çox qorxurlar. Alimlər zahiri dindarları onların hərəkətlərinə, dinin sosial faydaları ilə bağlı motivasiyalı praqmatik mülahizələrinə əsasən ayırd ediblər.

Bununla yanaşı, alimlər müəyyən ediblər ki, özünü dindar sayan 18% insan Allaha inanmayanlardan daha çox ölümdən qorxur. Alimlər bu tədqiqatların nəticələrini birmənalı qiymətləndirməyiblər. Tədqiqatların əksər hissəsi ABŞ-da, az hissəsi isə başqa dinlərə sitayiş edən Yaxın Şərq və Asiya ölkələrində aparılıb.

Psixoloqların gəldiyi yekin nəticə budur ki, inanclı insanlar üçün ölüm o qədər də qorxulu bir şey deyil. Ateistlərə gəlincə isə onlar nəinki ölümdən qorxmurlar, heç dində xilas yolu axtarmağa belə, ehtiyac duymurlar.

Xəbər lenti
0