Qırıcı

“Suriyalı müxaliflərin vurduğu təyyarə bizə aid deyil”

31
Aktivistlər helikopterin Rusiyaya məxsus olduğunu açıqlasa da, Kreml yayılan məlumatı təkzib edib

BAKI, 27 mart – Sputnik. Suriyada əsas müxalif qruplaşmalardan biri olan “Əhrar uş Şam” ölkənin Lazkiyə bölgəsində, Aralıq dənizi sahilində Rusiyaya aid hərbi helikopteri vurduqlarını açıqlayıb. 

Müxaliflərin sözlərinə görə, rus döyüş təyyarəsi yerdən pulemyotla vurulub və Ekrad dağının ətəyindəki Səlma kəndinə düşüb. 

Sputnik xəbər verir ki, bölgədəki aktivistlər helikopterin Rusiyaya məxsus olduğunu açıqlasa da, Kreml yayılan məlumatı təkzib edib.

Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzi, Lazkiyədə vurulan təyyarənin özlərinə aid olmadığını bildirib.

31
Teqlər:
Əhrar uş Şam, Lazkiyə, Aralıq dənizi, Rusiya, Suriya
Əlaqədar
Möcüzəli təyyarə qəzası baş verib
Suriya İsrailin döyüş təyyarəsini vurdu
Türkiyə ərazisinə düşən Suriya təyyarəsinin qalıqlarının videosu yayıldı