İqlim dəyişikliyi

Həyacan təbili: iqlim cəhənnəmi yaxınlaşır

1929
(Yenilənib 15:44 27.03.2017)
Ümumdünya Meteorologiya Təşkilatı Yer planetinin sakinlərini "iqlim cəhənnəmi"nə hazırlaşmağa çağırıb

BAKI, 27 mart — Sputnik. Alim-meteoroloqlar bəyan ediblər ki, 2017-ci ilin növbəti 9 ayında Yer planetinin sakinlərini iqlim cəhənnəmi gözləyir. Onlar əmindirlər ki, yaxın aylarda anomal iqlim dəyişiklikləri tədricən bütün dünyanı əhatə edəcək.

Son zamanlar insanların rastlaşdığı eyni problemlər bəşəriyyəti gözləyən problemlərin kiçik bir hissəsidir. Sputnik Azərbaycan-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) mütəxəssisləri hesab edirlər ki, Yer planetinin sakinləri iqlim cəhənnəminə hazırlaşmalıdırlar. Onlar "Yer kürəsi anomal dəyişikliklər ərəfəsindədir" deyə bildiriblər.

Xatırladaq ki, ötən il Peruda irimiqyaslı sel fəlakəti yaşanmışdı və 100-ə yaxın adam həyatını itirmişdi. 100 mindən artıq insan isə evini tərk etmək məcburiyyətində qalmışdı.

2016-cı ildə ABŞ-da güclü qar yağmışdı. Bir neçə ştata toyuq yumurtası böyüklüyündə dolu düşmüşdü. ÜMT bildirir ki, ildən-ilə belə hadisələr tez-tez təkrarlanacaq və daha da güclənəcək: "Sel daşqınları, hətta indiyə qədər heç vaxt müşahidə olunmayan yerlərdə də baş verməyə başlayacaq. Yayda isə hətta mülayim iqlimi olan ölkələrdə də kəskin istilər olacaq".

Alimlər əmindirlər ki, yerliləri gözləyən bu kataklizmlər əvvəllər baş vermiş bütün fəlakətlərin cəmini belə ötüb keçəcək. Elm adamları daha yaxşıya ümid etməməyi və qarşıdakı qorxunc iqlim dəyişikliklərinə hazır olmağı tövsiyə edirlər.

1929
Teqlər:
iqlim cəhənnəmi, Yer planeti, meteoroloq, alim
Əlaqədar
Qlobal iqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir
Qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi
İqlim dəyişikliyi: bizi nə gözləyir?
Anomal iqlim şəraiti məhsuldarlığa zərbə vurur
Fevralda temperatur da, yağıntı da iqlim normasında olacaq