Солдаты сирийской армии на юге города Манбидж, провинция Алеппо, фото из архива

"Suriyadakı müharibənin İslama aidiyyatı yoxdur"

75
(Yenilənib 18:47 26.03.2017)
İnternetdə yalançı profillərlə ABŞ-ın maraqlarına xidmət edən 90 min mütəxəssis fəaliyyət göstərir, dünyada 50 milyon insan Qərb xüsusi xidmət orqanlarına qulluq edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. İŞİD təşkilatının və digər qruplaşmaların silahlıları Qərb siyasətçilərinin əlində oyuncaqdan başqa bir şey deyillər. İraq və Suriya ərazisində baş verən bu hərc-mərcliyin İslama aidiyyatı yoxdur. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Şeyx Abdulla Əfəndi adına Dağıstan İslam Universitetinin rektoru Arif Səidov bəyan edib.

"Suriyadakı müharibənin dinə heç bir dəxli yoxdur. Zorakılıq İslama yaddır. Görün muzdlular İraq və Suriyanı nə günə qoyublar. İslam bütün digər dinlər kimi əsrlərlə mərhəmət və dözümlülüyü təbliğ edir. Heç bir peyğəmbər heç vaxt müharibə çağırışları etməyib. Siyasətçilər dindən istifadə edərək çirkin işlərini görürlər" — Səidov bildirib.

Rektorun sözlərinə görə, Suriya və İraqdakı hadisələrin fonunda İŞİD terror təşkilatı tərəfindən təhlükənin artması barədə söhbətlər son vaxtlar artıb. Bu isə onu göstərir ki, terrorçu qruplaşma fəallaşacaq və bu fəallıq üçün ona müsəlmanlar yaşayan ölkələrdən yeni tərəfdarlar lazım olacaq. 

"Maskalar yırtılıb, amerikalıların qlobal miqyasda terrorçulara təsiri göz önündədir. Qafqazda vəziyyət elədir ki, biz təsirin haradan və hansı formada olduğunu bilirik. Onlar gəncləri cəlb etmək üçün internet-resurslardan və puldan istifadə edirlər. Hazırda gənclərimiz azad və işsizdirlər, bu isə çox təhlükəlidir" — rektor bildirir.

Onun fikrincə, İraqda və Suriyada islamçıların cihad etdiklərini düşünmək səhvdir: "Liviya dağıdılıb. Suriya ilə İraq da həmçinin. Onlar öz dövlətçiliklərini qoruyub saxlaya bilmədilər. ABŞ Qafqaz və Rusiya xalqlarını da məhv etmək istəyir. Təsəvvür edin, internetdə yalançı profillərlə ABŞ-ın maraqlarına xidmət edən 90 min mütəxəssis fəaliyyət göstərir, dünyada 50 milyon insan Qərb xüsusi xidmət orqanlarına qulluq edir. Bu rəqəmləri mən rəsmi mənbələrdən götürmüşəm. İnternetdə agentlərin və onların əlaltılarının aşkar edilməsi üzrə nəhəng iş görülür".

"ABŞ Suriyadan çəkildiyini və diqqəti Çinə yönəltdiyini bəyan edib. Niyə məhz Çin? Çünki hər şey qazanc naminə edilir. Bu, ölkələrin məhv edilməsi yolu ilə varlanma üsuludur. ABŞ-ın özünün heç bir ştatında müharibə getmir" — Səidov bəyan edib.

Onun sözlərinə görə, əmin-amanlıq olan bölgədə siyasət yürütmək olmur…

75
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

6
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

6
Qərənfil

Türkiyənin məşhur aktyoru dünyasını dəyişib

30
(Yenilənib 23:48 08.03.2021)
Türkiyənini Səhiyyə naziri Rasim Öztəkinin vəfat etdiyini açıqlayıb: " O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi".

BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb. 

"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun",  - nazir yazıb. 

Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi. 

O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu. 

30
Füzuli rayonunun Gorazıllı kəndi

Füzuli rayonunun ən füsunkar kəndlərindən birinin videosu yayıldı

9
(Yenilənib 10:40 09.03.2021)
Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir. Kənd 1993-cü il iyulun 2-də işğal edilib.

BAKI, 9 mart — Sputnik. Füzuli rayonunun Gorazıllı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Bu kəndin tarixi XVIII-XIX əsrlərə gedib çıxır. Füzuli rayonunun Gorazıllı kəndi 1993-cü il iyulun 2-də işğal edilib. Kənd işğal edilən gün 21 nəfər dinc sakin girov götürülüb. Onlardan bir neçəsi girovluqda vəfat edib.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib.

Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir.

Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.

9