Bu şirkətlər "YouTube"da reklamdan imtina etdilər

© AFP 2023 / Nicholas KAMMYouTube-un ana səhifəsi
YouTube-un ana səhifəsi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ şirkətləri “YouTube”da reklam yerləşdirməkdən imtina edirlər

BAKI, 26 mart — Sputnik. ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar “YouTube” saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, “Pepsi”, “Walmart” və “Starbucks” şirkətləri də bu kampaniyaya qoşulublar.

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin “YouTube”-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Walmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbucks” də müvəqqəti olaraq “YouTube”-da reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin “YouTube”-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət “YouTube”-un məxsus olduğu  “Google” şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.

"Google" şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

Xəbər lenti
0