SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampa ən yaxın adamın Türkiyə səfərinin vaxtı açıqlanıb

© REUTERS / Jonathan ErnstReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
Danışıqlarda NATO-dakı əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin gələcəyi müzakirə olunacaq

BAKI, 25 mart – Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun Türkiyəyə edəcəyi səfərin tarixi dəqiqləşib.

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Donald Trampa ən yaxın adam hesab olunan Tillerson martın 30-da Ankarada olacaq.

Səfər çərçivəsində onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilir ki, Tillerson Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Danışıqlarda NATO-dakı əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin gələcəyi müzakirə olunacaq.

Xəbər lenti
0