Кандидат в президенты США от Демократической партии Хиллари Клинтон

Hillari Klintonun prezident seçkilərində məğlub olmasının ilginc səbəbi

215
(Yenilənib 00:43 22.03.2017)
Hillari Klintonu Sibir şahzadəsinin mumiyası lənətləyib

BAKI, 21 mart — Sputnik. Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klintonla bağlı ağlasığmaz iddia ortaya çıxıb. 

Sputnik Türkiyə-nin xəbərinə görə, Klintonun prezident seçkilərində 20 il əvvəl Rusiyanın Novosibirsk şəhərinə səfəri zamanı gördüyü bir mumiyanın lənəti səbəbindən məğlub ola biləcəyi iddia edilib.

ABŞ-ın New York Observer jurnalında yayınlanan bir məqalədə qeyd olunub ki, Klintonun Donald Trampla prezidentlik uğrunda mübarizədə məğlub olmasında "Rusiyanın daha bir barmağı" var.
Məqalədə qeyd olunur ki, Klintonun seçkiləri uduzmasına 2500 il öncə mumiyalanaraq Altay bölgəsində basdırılan və 1993-cü ildə tapılan Sibir şahzadəsi Ukok səbəb olub.

"Bölgədə yaşayanlar, mumiyanın Klintonun qismətini bağlamış ola biləcəyini deyirlər" — məqalədə yazılıb.

Orada keçmiş First Lady-nin 1997-ci ildə Novosibirskə ziyarəti xatırladılıb: "Klinton səfər zamanı Altay şahzadəsinin mumiyasını görmək istədi və hər şey bundan sonra başladı. Əri Bill Monika Levinski (Monica Lewinsky) ilə əlaqələrinə başladı. Klintonun özündə isə qəfil gülüş böhranı, haldan-hala düşmələr və unutqanlıq kimi qəribə hadisələrlə baş verdi".

ABC telekanalı da Klintonun bu səfər zamanı gizli dosyaları unutduğunu xatırladaraq sözügedən iddialara dəstək verdi.

215
Teqlər:
Altay şahzadəsi Ukok, Altay, Monika Levinski, Monica Lewinsky, Donald Tramp, Bill Klinton, prezident seçkiləri, ABŞ Demokrat Partiyası, Hillari Klinton, ABŞ
Əlaqədar
Prezident seçilə bilməyən Hillari Klinton ərindən boşanır
Hillari Klintonun qorxduğu başına gəldi
Hillari Klinton təcili xəstəxanaya yerləşdirildi