İman Əhməd Əbdüləti

Bir aya 140 kilo arıqladı

33
(Yenilənib 01:40 20.03.2017)
Hindistanda müalicəyə gedən zaman çəkisi təqribən 500 kq olan qadın 358 kiloqramadək arıqlayıb

BAKI, 19 mart — Sputnik. Dünyanın ən ağır çəkili qadınlarından olan misirli İman Əhməd Əbdüləti Hindistan klinikasında 5 həftə ərzində 140 kq arıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlərin fikrincə, qadın ilin sonunadək 300 kiloqrama qədər çəki ata bilər.

Hindistanda müalicəyə gedən zaman çəkisi təqribən 500 kq olan qadın 358 kiloqramadək arıqlayıb.

Qadında "fil xəstəliyi" deyilən xəstəlik var. O insult keçirib və yataqdan qalxmır. Lakin mumbaylı həkim Muffazal Lakdavala onu sağaltmağı boynuna götürüb və xəstəni xüsusi təyyarə ilə Hindistana gətirtdirib.

33