Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putindən yeni Türkiyə açıqlaması

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: "Rəcəb Tayyib Ərdoğanla 10 martda bir xeyli uğurlu danışıqlar apardıq"

BAKI, 17 mart – Sputnik. “Biz Türkiyənin Suriyada oynadığı rolu görürük və bunu alqışlayırıq”. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu ölkədəki yeni səfiri Hüseyn Diriözün etimadnaməsini qəbul edərkən deyib.

“Türkiyə ilə münasibətlərimiz sürətli şəkildə normallaşır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 10 martda bir xeyli uğurlu danışıqlar apardıq. Onunla görüşümüzdə “Türk axını” və “Akkuyu” atom elektrik stansiyası kimi iri enerji layihələrinin reallaşdırılması üzərində xüsusilə dayandıq” – deyə Putin əlavə edib. 

Xəbər lenti
0