Tonqal

İlaxır çərşənbəni qeyd edənlərə əcaib cəza

240
Bu il nəzarətə alınan şəxslər gələn il eyni vaxtda yenidən nəzarətə alınacaqlar

BAKI, 17 mart — Sputnik. İranın Məşhəd şəhərində, Hicri təqviminə görə ilin son çərşənbə gecəsi hesab edilən Qırmızı çərşənbəni (Çərşənbeyi-Suri) qeyd edən insanlara qeyr-adi cəza kəsilib. Belə ki, bayrama qatılan bəzi iranlılara küçəni təmizləmək cəzası verilib.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, hökumət bu cəzaya səbəb kimi ictimai asayişin pozulmasını göstərib. "İfrat dərəcədə səs-küy olur, insanlar narahat olur, fişənglər və gurultulu partlayıcı maddələrdən istifadə edirlər. Bu, qəbuledilməzdir" — şəhər rəhbərliyi açıqlama verib.

Məşəddə Qızıl çərşənbə
© Photo : Ali Abdollahi
Məşəddə Qızıl çərşənbə

Məşhəd prokuroru, bu il nəzarətə alınan şəxslərin gələn il eyni vaxtda yenidən nəzarətə alınacaqlarını və bayram bitənə qədər göz altında tutulacaqlarını açıqlayıb. İranın "Təsniyə" xəbər agentliyinin məlumata görə, bu il sözügedən bayram qeyd olunarkən üç nəfər həyatını itirib, 2351 adam isə yaralanıb.

240
Teqlər:
Qırmızı çərşənbə, Məşhəd şəhəri, son çərşənbə, İran, cəza
Əlaqədar
Bu qatar bayram öncəsi işləməyəcək
Gömrükdə "bayram" müsadirəsi
Təhlükə altında qeyd olunan bayram
Ön cəbhədə bayram: bütün təhlükələrə rəğmən...
Bakıda bayram karvanı
Bayramla bağlı bu qatarın hərəkət cədvəli dəyişir
Novruz bayramı zamanı 9 gün iş olmayacaq