Reks Tillerson

ABŞ İsraillə bağlı radikal addım ata bilər

142
(Yenilənib 15:20 16.03.2017)
Birləşmiş Ştatlar BMT İnsan Haqları Şurasını tərk etməyi düşünür

BAKI, 16 mart — Sputnik. Amerika Birləşmiş Ştatları BMT-nin İnsan Haqları Şurasından çıxa bilər. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson açıqlama verib.

"Düzdür, BMT-nin İnsan Haqları Şurası bu sahədə dünyada bənzəri olmayan yeganə təşkilatdır. Ancaq bizim orada qalmağımızı istəyirlərsə, islahatlar olmalıdır. Əgər lazımi islahatlar olmasa, Amerika şuradan ayrılmağı düşünür" — deyə dövlət katibi bildirib.

Reks Tillerson, Şuranın son vaxtlar İsrail əleyhinə çıxışlarından narahat olduqlarını da qeyd edib. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İsrail hökumətini sərt tənqid edərək, işğal etdiyi Fələstin torpaqlarında yəhudi məskənləri salınmasını dayandırmağı tələb etmişdi.

142
Teqlər:
dövlət katibi Reks Tillerson, BMT-nin İnsan Haqları Şurası, İsrail, Amerika Birləşmiş Ştatları, ABŞ
Əlaqədar
Əfqanıstan ABŞ əsgərləri üçün cəhənnəmə çevrilib
Türkiyə, Rusiya və ABŞ ordu başçıları arasında kritik görüş
"ABŞ və Rusiya Suriyaya dair gizli razılaşma əldə edib"
Donald Tramp ABŞ-ın qapılarını bütün dünyanın üzünə bağlayır
ABŞ prezidentinin oteli yandı