Donald Tramp

Məhkəmə prezidentin fərmanını ləğv etdi

5834
(Yenilənib 11:47 16.03.2017)
Donald Tramp: "Hakim Derrik Uotson mənim fərmanımı ləğv etməklə öz səlahiyyətini aşıb"

BAKI, 16 mart — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın miqrantlarla bağlı imzaladığı yeni fərman da məhkəmə tərəfindən əngəllənib. Bu dəfə isə Havay məhkəməsi Trampın imzaladığı fərmanın icrasını dayandıran qərar qəbul edib.

Sputnik Azərbaycan "Guardian"a istinadən xəbər verir ki, hakim Derrik Uotsonun verdiyi qərar Donald Trampın qəzəbinə səbəb olub. "Konstitusiyamıza görə, ölkə rəhbəri, dövlətin maraqlarına uyğun olduğunu hesab etdiyi halda, miqrant axınını müvəqqəti dayandırmaq hüququna malikdir. Hakim Derrik Uotson mənim fərmanımı ləğv etməklə öz səlahiyyətini aşıb".

Qeyd edək ki, prezidentin miqrantlarla bağlı fərmanının qüvvəyə minməsinə qısa müddət qalmış federal hakim Derrik Uotson onun dayandırılması barədə qərar qəbul edib.

5834
Teqlər:
hakim Derrik Uotson, Havay məhkəməsi, Donald Tramp, fərman, miqrant, Birləşmiş Ştatlar, məhkəmə, prezident
Əlaqədar
Donald Trampdan nümunəvi addım
Trampın keçmiş müşavirinə "Türkiyəyə işləmək" ittihamı
Tramp inadından dönmür
Tramp ailəsinin geyim-keçiminə türk modelyerin nəzarət etdiyi üzə çıxdı
Donald Tramp ABŞ-ın qapılarını bütün dünyanın üzünə bağlayır
Kreml Donald Trampla həmrəy olduğunu bəyan etdi
Donald Tramp istintaqa cəlb olunur
Trampa öz komandasından daha bir zərbə
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə

46
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son 10 gündə Moskvaya 3-cü səfərini edib. İlkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir. 

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

46
Yunanıstan bayrağı

Yunanıstanın Türkiyə xofu: Orduda xidmət müddətini artırır

34
(Yenilənib 00:32 21.10.2020)
Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

BAKI, 20 oktyabr — Sputnik. Yunanıstan Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda bu ölkəyə məxsus Silahlı Qüvvələrində xidmət müddətini artırmağı planlaşdırır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

34
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC