Londonun mərkəzi küçələrindən birində, arxiv şəkli

Qərblilər Krımı Rusiyanın ərazisi sayırmı?

34
(Yenilənib 11:43 16.03.2017)
Rəyi soruşulan amerikalıların, fransızların və britaniyalıların 50%-ə qədəri Krımın hansı dövlətə mənsub olması barədə suala cavab verməyə çətinlik çəkiblər

BAKI, 16 mart – Sputnik. Sputnik.Rəy-in sorğusunun nəticələrinə görə, Fransa və Almaniya əhalisinin 36, İtaliya vətəndaşlarının 34, britaniyalıların 26 və amerikalıların 23%-i Krımı Rusiyanın bir hissəsi hesab edirlər.

Eyni zamanda, bu ölkələrdə Krımı Rusiyanın tərkib hissəsi hesab etməyənlərin sayı heç də əks mövqedə olanların sayından az deyil.

Sorğunun keçirildiyi 5 ölkədən 3-də respondentlərin xeyli hissəsi Krımın hansı dövlətə mənsub olması barədə suala cavab verməyə çətinlik çəkib. ABŞ-da bu rəqəm 51, Fransada 48, Böyük Britaniyada isə 44% təşkil edir. İtaliyada isə cavab verməyə çətinlik çəkənlərin sayı Krımı Rusiya ərazisi hesab edənlərin sayına bərabərdir (34%). 

Krımı Rusiyanın ərazisi saymayanlar Almaniyada daha çoxdurlar – 41%. Böyük Britaniyada bu rəqəm 32%, Fransada 30%, ABŞ-da isə 26%-dir.

Fransada Krımı Rusiya ərazisi sayanlar arasında yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Almaniyada bu sahədə üstünlük gənclərdədir.

Fransanı götürdükdə, parislilər Krımı Rusiyanın bir hissəsi sayan fransızların arasında liderlik edirlər (25%).

Almaniya və ABŞ-da kişilər arasında Krımı Rusiya ərazisi hesab etməyənlərin sayı daha çoxdur (müvafiq olaraq 51% və 35%). Qadınlarda isə Krımı Rusiya ərazisi sayanlar üstünlük təşkil edirlər (39% və 20%).

Sputnik.Rəy'in keçirdiyi sorğunun nəticələri
© Sputnik /
Sputnik.Rəy'in keçirdiyi sorğunun nəticələri

Sorğuda 16 yaşından (ABŞ-da 18 yaşından) yuxarı 5 138 respondent iştirak edib. Respondentlər ABŞ (1 027), Fransa (1 010), Almaniya (1 014), İtaliya (1 050) və Böyük Britaniya (1 037) və  təmsil ediblər. Sorğu nüfuzlu TNS Global beynəlxalq araşdırma şirkəti tərəfindən 2017-ci il fevralın 16-dan 22-dək keçirilib.

Respondentlər cinsinə, yaşına və coğrafiyaya görə təsnifatlaşdırılıblar. Ölkə üzrə maksimal səhv göstəricisi +/- 3,1% təşkil edir. 

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır. 

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

34
Teqlər:
respondentlər, Sputnik.Rəy layihəsi, Rəy sorğusu, TNS Global, Populus araşdırma şirkəti, Krım, İtaliya, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, Avropa, ABŞ
Əlaqədar
Miqrant böhranı avropalıları cana doydurub
Avropalı müşahidəçilər referendumla bağlı rəylərini açıqladılar
Avropalılar miqrantların ucbatından iş yerlərini itirməkdən qorxurlar