Niderland parlamenti

Hollandlar bu gün tarixi qərar verəcəklər

255
(Yenilənib 12:54 15.03.2017)
Radikal millətçi Gert Vildersin Azadlıq Partiyası qələbəyə daha yaxındır

BAKI, 15 mart — Sputnik. Bu gün Niderland Krallığında parlamentə seçkilər keçirilir. Sputnik xəbər verir ki, 28 partiya parlamentdəki 150 yer uğurunda mübarizə aparır.

Məlumata görə, radikal millətçi Gert Vildersin Azadlıq Partiyası qələbəyə daha yaxındır. Seçkidən öncə keçirilən rəy sorğuları bunu deməyə əsas verir.

Bununla belə, hazırki baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya Uğurunda Xalq Partiyasının da şansı az deyil. Ümumiyyətlə yarışın bu iki partiya arasında keçəcəyi gözlənilir.

255
Teqlər:
Azadlıq və Demokratiya Uğurunda Xalq Partiyası, Azadlıq Partiyası, Niderland Krallığı, Gert Vilders, Mark Rutte, partiya
Əlaqədar
Ərdoğan Hollandiya barədə elə ifadə işlətdi ki
Hollandiyadan ilginc Türkiyə açıqlaması
Türkiyə Hollandiyaya iki nota verdi
Hollandiya ilə Türkiyə arasında növbəti qalmaqal
Dünyanın ən xoşbəxt uşaqları niyə Hollandiyadadır?
Hollandiyalı irqçi liderdən daha bir qalmaqal

Ümumdünya bikini günü: SSRİ dövrünün maraqlı fotoları

38
(Yenilənib 19:44 05.07.2020)
Yetmiş dörd il əvvəl mini çimərlik paltarı – bikini hazırlanıb. Bu paltar təkcə çimərlik və podiumlarda deyil, insan beyinlərində də əsl inqilaba səbəb olub. Sputnik Azərbaycan-ın fotolentində SSRİ-də bikinini necə geydiklərinə baxın

Hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Lui Rear geyimə adı təsadüfən tapıb. O, amerikalıların Sakit okeandakı Bikini adasında növbəti nüvə sınağı keçirdiklərini eşidib. Onun fikrincə bu çimərlik paltarı da partlayış effekti verməliymiş və o, səhv etməyib.

Bikininin meydana çıxması birmənalı qarşılanmayıb. İspaniya, İtaliya, Portuqaliya kimi katolik ölkələrdə bikini qadağan edilib. Almaniyada insanlar arasına bikinidə çıxan qadınları ictimai işlərə cəlb edirlərmiş. ABŞ-da isə polislər çimərlikləri gəzərək, belə geyimdə olan qadınlara cərimə yazırmışlar.

On il keçəndən sonra vəziyyət dəyişib. Qadınlar daha tez-tez çimərlik gecələrində bikinilərdə peyda olmağa başlayıblar. 1956-cı ildə “Və Allah qadını yaratdı” filmində Bricit Bardo bikinidə peyda olandan sonra isə dəb vurğunları Sen-Trope və İtaliya Rivyerasına axışıblar

38
  • © Sputnik / Yuryi Abramochkin

    Yaxtada gəzinti zamanı çimərlik geyimində olan qızlar

  • © Sputnik / Vladimir Akimov

    Krasnodarda Tuapse çimərliyində gimnastika, 1963-cü il.

  • © Sputnik / B. Elin

    Soçidə bikinidə istirahət edən qız

  • © Sputnik / Vladimir Akimov

    Krımın Qara dəniz sahili.

  • © Sputnik / Georgiy Ter-Ovanesov

    Sovet aktrisası Natalya Seleznyova ""I" əməliyyatı və Şurikin digər macəraları" filmində, 1965-ci il.

  • © Sputnik / M. Nachinkin

    "Poltavselstroy" trestinin işçiləri istirahətdə

  • © Sputnik / Iakov Berliner

    Yurmalada istirahət edənlər, Latviya, 1975-ci il.

  • © Sputnik / Miranskiy

    Su xizəyi üzrə dünya çempionu Natalya Rumyançeva, 1985-ci il.

  • © Sputnik / Yu. Kravchuck

    Qızlar "Zerenski" istirahət evinin çimərliyində.

  • © Sputnik / Alexander Mokletsov

    Qurzufda çimərlikdə qızlar, 1971-ci il.

  • © Sputnik / N. Rakhmanov

    Piçundada pansionatda istirahət edənlər, 1982-ci il.

  • © Sputnik / Sviridov

    Latviya. Riqa, 1958-ci il.

  • © Sputnik / V. Kalinin

    "Gənclik" Beynəlxalq düşərgəsinin çimərliyi. Xəzər dənizinin sahili.

  • © Sputnik / Alexander Mokletsov

    Gəmidə gəzinti.

  • © Sputnik / Vasily Malyshev

    SSRİ-də 1956-cı ilin yaz-yay dəbi.

  • © Sputnik / Aleksandr Pogotov

    "Taqanroq gözəli -88"in qalibi Oksana Kolomenskaya.

  • © Sputnik / Boris Ushmaykin

    Dombayda istirahət edənlər.

  • © Sputnik / Yakov Berliner

    Fotoqraf Yakov Berlinerin "İncəlik" şəkli.

İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda ölənlərin sayı durmadan artır Yeni rekord

5
(Yenilənib 18:33 05.07.2020)
Son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

BAKI, 5 iyul – Sputnik. İranda son sutka ərzində koronavirusa yoluxanlardan 163-ü həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər isə sağalaraq evə buraxılıb.

İranın bəzi mətbuat orqanları qeyd edirlər ki, koronavirusa yoluxan və qeydiyyata düşməyən adamlarda var. Əsasən regionlarda yoluxan və ölənlərin sayı rəsmi məlumatda göstərilənlərdən çoxdur.

5
Mövzu:
Dünyanı cənginə almış bəla

Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım

0
(Yenilənib 20:15 05.07.2020)
Santa-Barbara şəhərinə səfər edən tanınmış azərbaycanlı ifaçı Fərid Məmmədov imkanı əldən buraxmayıb və uşaqlıq arzusunu həyata keçirib

BAKI, 5 iyul – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı “Avrovision-2013” mahnı müsabiqəsində təmsil edən tanınmış ifaçı Fərid Məmmədov məşhur “Santa-Barbara” serialının çəkildiyi yerlərdə olub.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid səfəri ilə bağlı fotoları “Instagram” səhifəsində paylaşıb. Fərid etiraf edir ki, uşaqlıda bu serialı çox sevdiyindən, nə zamansa çəkilişlər gedən evi ziyarət etmək qərarına gəlib.

View this post on Instagram

#santabarbara #santabarbaraseries another trip

A post shared by Farid (@thefaridmammad) on

 “Santa-Barbara” tarixdə ən uzun sabun operası (soap opera) sayılır. Ümumilikdə serialın 2137 seriyası çəkilib. “Santa-Barbara” eyniadlı şəhərdə yaşayan Kepvell ailəsinin həyatından bəhs edir.

Fərid Məmmədov Azərbaycanın Əməkdar artisti Aybəniz Həşimovanın yetirməsidir. 2013-cü ildə Azərbaycanı “Avrovision” müsabiqəsində təmsil edəndən sonra xaricdə də tanınmağa başlayıb.

0