Bu gün Avropada tarixi qərara imza atılacaq

© REUTERS / Neil HallLondonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları
Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da "Lissabon sazişi"nin 50-ci maddəsi qüvvəyə minmiş olacaq və Britaniyanın iki il ərzində Aİ-dən ayrılma prosesi başlayacaq

BAKI, 14 mart — Sputnik. Böyük Britaniyanın İcmalar palatası Krallığın Avropa İttifaqından ayrılmasını nəzərdə tutan "Brexit" üzrə qanun layihəsinə dəyişiklikləri rədd edib. Sputnik Azərbaycan "Bloomberg"ə istinadən xəbər verir ki, Lordlar Palatasının irəli sürdüyü dəyişikliklər təsdiqlənməsi üçün bu dəfə krallıq ailəsinə göndərilib.

Qanun layihəsinə edilən dəyişikliklərin bu gün kraliça 2-ci Yelizaveta tərəfindən təsdiqlənməsi gözlənilir. Əgər bu baş verərsə, "Lissabon sazişi"nin 50-ci maddəsi qüvvəyə minmiş olacaq və Britaniyanın iki il ərzində Aİ-dən ayrılma prosesi başlayacaq.

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Xəbər lenti
0