Hollandiyadan ilginc Türkiyə açıqlaması

© REUTERS / Dylan MartinezRoterdam
Roterdam - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Əbu Talip: "Mən nasistlər tərəfindən bombalanan bir şəhərin meriyəm"

BAKI, 13 mart — Sputnik. Hollandiyanın Rotterdam Şəhər Bələdiyyəsinin sədri Əhməd Əbu Talip, iki ölkə arasındakı böhranı dəyərləndirib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.

"Türkiyənin Rotterdamdakı Baş konsulu Sadi Ayyıldız nazir Fatma Kayanın konsulluğa getməyəcəyinə dair söz verdi, ancaq türklər bu sözə əməl etmədilər" — Əhməd Əbu Talip bildirib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "nasist qalıqları" sözünə isə belə münasibət bildirib: "Mən nasistlər tərəfindən bombalanan bir şəhərin meriyəm".

Xəbər lenti
0