Suriyalı qaçqınlar

Ötən il Suriyada 650 uşaq öldürülüb

13
(Yenilənib 11:24 13.03.2017)
UNİCEF: "Mühasirə şəraitində qalan azyaşlıların sayı ötən il 500 minə çatıb"

BAKI, 13 mart — Sputnik. Ötən il Suriyada rekord sayda — 650 azyaşlı uşaq müharibənin qurbanına çevrilib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT uşaq fondu UNİCEF məlumat yayıb.

Rəqəmin dəhşətverici olduğunu vurğulayan qurum, minlərlə uşağın da aclıq və səfalət içərisində yaşadığını qeyd edib. Məlumatda həmçinin bildirilir ki, 2016-cı ildə, azı 851 azyaşlı uşaq silahlı qruplaşmalar tərəfindən döyüşlərə cəlb olunub.

"Bu rəqəm 2015-ci illə müqayisədə iki dəfə çoxdur. Mühasirə şəraitində qalan azyaşlıların sayı ötən il 500 minə çatıb" — deyə UNİCEF xəbər verib.

13
Teqlər:
azyaşlı, müharibə, Suriya, qruplaşma, uşaq
Əlaqədar
"ABŞ və Rusiya Suriyaya dair gizli razılaşma əldə edib"
Türkiyə ərazisinə düşən Suriya təyyarəsinin qalıqlarının videosu yayıldı
ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı
Bin Ladenin kürəkəni Suriyada öldürüldü
Politoloq: “Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir”
Cenevrədə növbəti Suriya danışıqları bu tarixdə keçiriləcək
Kevin Hern, arxiv şəkli

Konqres üzvü Kevin Hern: "Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir"

0
(Yenilənib 11:19 02.06.2020)
Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, Kevin Hern bəyanatında Azərbaycanın Şərqdə 1918-ci ildə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğunu bildirib.

Konqres üzvü uzun illər sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqillik əldə etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə Əfqanıstan, Balkan yarımadası ölkələri və İraqda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

K.Hern Azərbaycanın İsrailin dostu olduğunu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb. Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını bildirərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini bəyan edib.

0
Əlaqədar
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı
ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər
ABŞ-da epidemioloji vəziyyət

Koronavirusdan ölənlərin sayı 375 mini keçdi

1
(Yenilənib 11:13 02.06.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb. Demək olar ki, indi hər altıncı yoluxmuş şəxs bu ölkənin vətəndaşıdır

BAKI, 2 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 6 271 577-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 375 656 nəfər vəfat edib, 2 697 328 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 811 min 277 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 414 328 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Dərini maska və əlcək altında necə qorumalı – dermatoloq tövsiyəsi
Daha bir antirekord - Koronavirusdan bir gündə 5 nəfər ölüb
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər