İstanbulda helikopter qəzasında dörd Rusiya vətəndaşı həlak olub

© Photo : AA / Cemal Coşkunİstanbulda helikopter qəzası
İstanbulda helikopter qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb.

BAKI, 10 mart — Sputnik. İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb. 

Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. 

Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar  “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

Xəbər lenti
0