Bu rəngli taksilərə minməyin: təhlükəlidir

Abunə olmaq
Tədqiqatçılar müəyyən ediblər ki, hər min avtomobili götürdükdə göy rəngli maşında qəzaya uğramaq ehtimalı sarı rəngli maşınlara nisbətən 9% çoxdur

BAKI, 8 mart — Sputnik. ABŞ, Sinqapur və Çin alimləri rəng baxımından ən təhlükəli olan taksiləri müəyyən ediblər. Bu barədə Sputnik Azərbaycan Proceedings of the National Academy of Sciences jurnalına istinadən məlumat verir.

Tədqiqatçılar müəyyən ediblər ki, hər min avtomobili götürdükdə göy rəngli maşında qəzaya uğramaq ehtimalı sarı rəngli maşınlara nisbətən 9% çoxdur. Səbəb kimi alimlər göy rəngli maşınları görməyin daha çətin olmasını göstəriblər.

Araşdırmaçılar bu nəticəyə Sinqapurun ən iri taksi şəbəkəsinin 3 illik qəza statistikasını izləyəndən sonra gəliblər.

Xəbər lenti
0