Həkim paltarı geyinib xəstələri güllələdilər

© Sputnik / Varvara Gertye / Mediabanka keçidHəkimlər, arxiv şəkli
Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kabildə hərbi hospitala hücum nəticəsində 2 nəfər ölüb

BAKI, 8 mart — Sputnik. Kabildə hərbi hospitala hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, hərbi hospitala hücum edənlər ağ həkim xalatında olublar.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti
0