Pentaqon

Vaşinqton Menbiçə dair planlarını açıqladı

24
Pentaqon: "Əsgərlərimizin orda olmasının səbəbi İŞİD-dən başqasına hücum edən qüvvələri fikrindən daşındırmaqdır"

BAKI, 7 mart — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın Menbiç qəsəbəsinə yerləşdirilən ABŞ əsgərləri barədə məlumat yayıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Ceff Devis açıqlama verib.

Jurnalistlərin suallarını cavablandıran Devis "Amerika əsgərlərinin Menbiçdə olmasının səbəbi İŞİD-dən başqasına hücum edən qüvvələri fikrindən daşındırmaqdır" deyib. Bununla belə Ceff Devis əlavə edib ki, "hər nə olur olsun, hətta kənar qüvvələr İŞİD-dən başqa tərəfə hücum etsə, ABŞ əsgərləri toqquşmaya girməyəcəklər".

Qeyd edək ki, Türkiyə hökuməti, terrorçu olaraq gördüyü PYD-nin Menbiçdən çıxmayacağı təqdirdə, qəsəbəyə yönəlik hərbi əməliyyat başladacağını bildirmişdi. Rəsmi Ankaranın bəyanatından dərhal sonra PYD terror təşkilatı Menbiçdən çıxacaqlarını və qəsəbəni Bəşər Əsəd rejiminə təslim edəcəklərini açıqlamışdı.

24
Teqlər:
Menbiç, Pentaqon, Suriya, Türkiyə, Birləşmiş Ştatlar, ABŞ, İŞİD
Əlaqədar
ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı
ABŞ-ın Suriyaya dair planları zibil qutusuna atıldı
Astanada keçiriləcək Suriya danışıqlarında ABŞ da iştirak edəcək
ABŞ-dan kritik Suriya açıqlaması gəldi
Putin: ABŞ Suriyaya dair razılaşmanı pozub
Rusiya və ABŞ Suriya ilə bağlı razılığa gəldi
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

10
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

10
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi