"Avropa sürətlə fəlakətə sürüklənir"

© AFP 2023 / CYRIL NDEGEYAMövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Bu günə qədər irqçi partiyalara göz yumdunuz, indi də onların əsirisiniz"

BAKI, 7 mart — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada muxtarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə konstitusiya dəyişikliklərindən danışan nazir, 16 aprel referendumuna bir partiyaya deyil, Türkiyənin gələcəyinə səs veriləcəyi prizmasından baxmaq lazım olduğunu bildirib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğana daha bir zərbə bu ölkədən gəldi

Sistem dəyişikliyinin Türkiyənin sabitliyi üçün olduğunu vurğulayan Çavuşoğlu deyib: "Məqsəd sabitliyin güclənməsi, qərar qəbuletmə mexanizmlərinin sürətlənməsi, bürokratik oliqarxiyanın aradan qaldırılmasıdır".

Hollandiyanın referendumla bağlı tədbirə icazə verməməsinə reaksiya göstərən nazir, Hollandiyanın irqçi partiyanın lideri Qert Vildersin əsiri olduğunu söyləyib: "Bu günə qədər irqçi partiyalara göz yumdunuz, indi də onların əsirisiniz. İndi siz də onlar kimi davranırsınız".

"Avropa hara gedir? Hanı Avropanın dəyərləri? Demokratiya, insan haqları, azadlıqlar deyirdiniz. Hamısını pozursunuz. Avropanın ortaq dəyərləri vardı. Təəssüf ki, Avropa fəlakətə, uçuruma doğru gedir. Amma biz təxminən 10 ildir ki, Avropanı xəbərdar edirik" — XİN başçısı deyib.

Çavuşoğlu irqçiliyin qarşısını almayan Avropanın İkinci Dünya Müharibəsindən əvvəlki dövrə döndüyünü qeyd edib. Türkiyə nazirlərinin Avropadakı türklərlə görüşməsininin qarşısını almağa çalışanlara da sərt təpki verən nazir əlavə edib: "Tədbirlərin keçiriləcəyi hotel və salon sahiblərinə edilən təzyiqlərə baxmayaraq, gedəcəyik, vətəndaşlarımızla görüşəcəyik".

Bu növ cəhdləri sistemli bir təzyiq kimi qiymətləndirən Çavuşoğlu təzyiqlərə dövlətin və dövlət qurumlarının da dəstək verdiyini bildirib: "Biz də lazımi tədbirləri görürük, heç kimdən qorxmuruq".

Xəbər lenti
0