Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın sərt reaksiyası bəhrəsini verdi

95
(Yenilənib 16:50 06.03.2017)
Telefon danışığının Almaniyanın tələbi ilə gerçəkləşdiyi bildirilib

BAKI, 6 mart – Sputnik. Rəcəb Tayyib Ərdoğanın Almaniyanın türk siyasətçi və nazirlərin bu ölkədəki proqramlarına mane olunmasına göstərdiyi reaksiya müsbət nəticə verib.

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın xarici işlər naziri Sigmar Qabriel ilə telefonla danışıb. Telefon danışığının Almaniyanın istəyi ilə gerçəkləşdiyi bildirilib.

Bu istəyin Ərdoğanın Almaniyaya sərt ismarıc göndərməsindən sonra baş tutması diqqət çəkib.

Çavuşoğlu və Qabriel martın 8-də Berlində üz-üzə görüşəcəklərinə dair razılaşıblar.

95
Mövzu:
Türkiyə-Avropa gərginliyi (24)
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

1
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

1
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

16
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

16
Mövzu:
Dünyanı cənginə almış bəla