Ərdoğan Merkeli hədələdi: "Əgər oraya gəlsəm..."

© AFP 2023 / ADEM ALTANRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Həmvətənlərimlə görüşməyimə əngəl törətsəniz, bütün dünyanı ayağa qaldıraram"

BAKI, 6 mart — Sputnik. "Mən elə bilirdim ki, Almaniyada nasizm bitib. Amma hələ davam edirmiş". Sputnik xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qatıldığı konfransdakı çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğana daha bir zərbə bu ölkədən gəldi

Ərdoğan Berlin hökumətinin türk nazirlərin Almaniyadakı konfranslara qatılmasına icazə verməməsinə sərt reaksiya verib: "Mən buradan alman rəhbərliyinə səslənirəm, demokratiyaya inanan dünyaya səslənirəm. Əgər azadlıq mübarizəsi aparırıqsa, əgər ifadə azadlığından narahat deyilsinizsə, əgər demokratiyaya inanırıqsa, bizim yolumuzu kimsə kəsə bilməz. Bu, belə bilinməlidir".

"Mənim nazirim orada salon konfransı keçirəcək və sən bundan narahat olacaqsan. Bunu necə izah etmək olar? Eyni şeyi Hollandiya da edir. Siz çox aciz və yazıqsınız. Çünki öz iradənizlə hərəkət etmirsiniz" — Ərdoğan bildirib.

Türkiyə prezidenti daha sonra əlavə edib: "Qardaşlarım, indi zənn edirlər ki, Tayyib Ərdoğan Almaniyaya gəlmək istəməyəcək. Dinləyin məni, istəsəm, sabah gələrəm. Əgər qapıdan içəri buraxmasanız və mənim həmvətənlərimlə görüşməyimə əngəl törətsəniz, bütün dünyanı ayağa qaldıraram. PKK terrorçularına hər şəraiti yaradan sizlər, türk dövlət adamlarının qürbətdəki həmvətənləri ilə görüşünə əngəl törətməklə tarixə qara ləkə olaraq keçdiniz".

Xəbər lenti
0