ABŞ prezidenti Donald Trampa qarşı etirazlar, Berkli, Kaliforniya

Birləşmiş Ştatları kütləvi iğtişaşlar bürüdü

515
(Yenilənib 10:14 06.03.2017)
Tramp tərəfdarları ilə əleyhdarları arasında ölkənin 30 ştatında şiddətli qarşıdurmalar yaşanıb

BAKI, 5 mart — Sputnik. Bu gün səhərdən etibarən ABŞ-da şiddətli iğtişaşlar meydana çıxıb. Sputnik Azərbaycan Amerika mətbuatına istinadən xəbər verir ki, dünən ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Donald Trampa qarşı etiraz aksiyası keçiriblər. Və Trampın tərəfdarları buna qarşılıq olaraq, bu gün ABŞ-ın 30 ştatında yürüş keçiriblər.

ABDdeki Trump kavgasında sopalar konuştu

"Tramp üçün" adlı aksiya, Vaşinqton, Nyu-York, Miçiqan və Florida kimi böyük ştatlarda nisbətən dinc şəkildə keçirilsə də, bəzi bölgələrdə güclü qarşıdurma meydana çıxıb. Məsələn, Kaliforniya ştatının Berkley şəhərində Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma yaşanıb.

ABDdeki Trump kavgasında sopalar konuştu

Əlbəyaxa davaya çıxan qruplar bir-birilərinə qarşı molotov kokteyli və bibər qazından da istifadə ediblər. Polis uzun müddət qarşıdurmanı kənardan müşahidə etsə də, sonunda prosesə müdaxilə edib. Xeyli sayda insanın xəsarət aldığı qarşıdurma zamanı 15 nəfər saxlanılıb.

ABDdeki Trump kavgasında sopalar konuştu

Minnesota ştatında da ciddi qarşıdurma baş verib. 300 nəfərə yaxın Tramp tərəfdarı ilə 50 nəfərlik əleyhdar arasında şiddətli toqquşma yaşanıb. Xəsarət alanlar xəstəxanalara, 6 nəfər isə polis nəzarətinə götürülüb.

ABDdeki Trump kavgasında sopalar konuştu

Bundan əlavə, Vaşinqtondakı aksiyada yaşanan narahatlıq səbəbindən 4, Tennesi şəhərindəki qarşıdurma ilə bağlı 2 nəfər həbs edilib. Bununla da sakitləşməyən Tramp tərəfdarları, Nyu-Yorkdakı "Tramp Tover"ın qarşısına toplaşaraq, prezidentə dəstək nümayiş etdiriblər.

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

ABDdeki Trump kavgasında sopalar konuştu

515
Teqlər:
əleyhdar, tərəfdar, etiraz aksiyası, qarşıdurma, Donald Tramp, polis, ABŞ, ştat, şəhər
Əlaqədar
ABŞ prezidentinin oteli yandı
ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı
Tramp ABŞ-ın müdafiə xərclərini artırdı
ABŞ-dan Türkiyəyə ilginc təklif
ABŞ Avropaya qoşun göndərir
ABŞ-ərəb ittifaqı yaradılır
Duesseldorf aeroportu, arxiv şəkli

Sərhədi keçənlərdən COVID vaksini barədə sertifikat istəməyin - ÜST

2
(Yenilənib 18:11 16.01.2021)
Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir. 

Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

2
Teqlər:
sertifikat, vaksin, COVID-19, ÜST
Mövzu:
Yeni tip koronavirus pandemiyası
 Boris Qraçevski

Koronavirusdan ölən rejissor vaxtilə xərçəngə qalib gəlibmiş

6
(Yenilənib 17:02 16.01.2021)
Bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi

BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.

71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.

Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.

6