Laboratoriya şəraitində elmi təcrübə, arxiv şəkli

İlk dəfə süni rüşeym yaradıldı

34
Əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq

BAKI, 4 mart — Sputnik. Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvafiq olublar. Əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

AZƏRTAC Zdorovye mail.ru saytına istinadla xəbər verir ki, tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdırılaraq üç ölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu zaman ərzində hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıb.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq. Süni rüşeym yaratmaq istiqamətində edilən öncəki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

34
Teqlər:
rüşeym, süni, siçan, alim, Kembric Universiteti, Böyük Britaniya
Əlaqədar
Süni insan dərisi yaradıldı
Süni qidaların təbliği qadağan edildi
Pediator: Süni qidalar uşaqlarda ciddi fəsadlar yaradır
Prezident: Süni qiymət artımına yol verilməməlidir
Alimlər 3D süni ürək yaratdılar