Rəcəb Tayyib Ərdoğan

Ərdoğana daha bir zərbə bu ölkədən gəldi

9299
(Yenilənib 18:18 04.03.2017)
Almaniyadan sonra Hollandiya da Türkiyə rəsmilərinin bu ölkədə görüşlər keçirməsinə qadağa qoydu

BAKI, 4 mart — Sputnik. Almaniyadan sonra Hollandiya hökuməti də Türkiyə hökumət rəsmilərinin Amsterdamda türklərlə görüşünə icazə verməyəcəyini açıqlayıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Hollandiyanın Baş naziri Mark Rutte, Türkiyədəki referendumla bağlı Avropa ölkələrində kampaniya aparılmasını doğru hesab etmədiyini deyib.

"Biz bunun yolverilməz olduğunu düşünürük. Hollandiyanın meydanları, başqa ölkələrin siyasi kampaniya yeri deyil" — Rutte bildirib.

Qeyd edək ki, aprelin 16-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Türkiyədə referendum keçiriləcək. Bununla bağlı olaraq türk rəsmilər Avropada yaşayan həmyerlilərini referendumla bağlı məlumatlandırmaq üçün mitinqlər və konfranslar keçirməyi planlayırdı.

9299
Teqlər:
Mark Rutte, Hollandiya, Avropa, Türkiyə, Almaniya, referendum, türk
Əlaqədar
"Türk əsgəri Suriyada şəhid olur, suriyalı da Türkiyədə qadınlara sataşır"
Rusiyanın bəyanatına Türkiyədən sərt reaksiya
ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı
Türkiyə müharibə hazırlıqlarına başladı
ABŞ Türkiyə ilə açıq qarşıdurmaya gedir
ABŞ-ın müdhiş anti-Türkiyə planı üzə çıxdı
Türkiyə Avropa İttifaqını böyük yükdən xilas etdi
Türkiyə "mədəni şəkildə" Rusiyanın təklifini rədd etdi
Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşüb
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

56
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

56
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27