Krım

Krım müsəlmanlarından tarixi çağırış

67
(Yenilənib 16:22 03.03.2017)
Zaur Smirnov: "Yarımadadakı müsəlmanlar Məkkə ziyarətini həyata keçirə bilmək üçün birbaşa uçuşların başlamasını tələb edirlər"

BAKI, 3 mart — Sputnik. 2014-cü ildə Rusiyaya birləşdiyini elan edən Krım Respublikasının Beynəlxalq Əlaqələr üzrə Dövlət Komitəsinin sədri Zaur Smirnov Səudiyyə Ərəbistanı rəhbərliyinə səslənib. Sputnik Türkiyə xəbər verir ki, Smirnov, ər-Riyad rəhbərliyindən Krıma birbaşa təyyarə reysləri açılmasını xahiş edib.

"Biz səudiyyəli dostlarımızın krımlı müsəlmanlara qucaq açıb, Məkkə və Simferopol şəhərləri arasında birbaşa uçuşlar başlatmağa dəstək verəcəklərini ümid edirik. Bu, təkcə Krım müsəlmanları üçün yox, yarımadanın hava mühasirəsini yarmaq baxımından da çox önəmlidir. Üstəlik yarımadadakı müsəlmanlar da müqəddəs ziyarəti həyata keçirə bilmək üçün uçuşların başlamasını tələb edirlər" — Z. Smirnov qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Əbdürrəhman Əli əl-Rass Krımla ölkəsi arasında birbaşa uçuş başladılması qərarını dəstəkləyəcəyini söyləyib.

67
Teqlər:
Zaur Smirnov, Krım Respublikası, Ər-Riyad, Səudiyyə Ərəbistanı, müsəlman, Rusiya
Əlaqədar
Sergey Lavrov Krım mövzusuna birdəfəlik son qoydu
Krımın qədim yunan şəhəri olduğu üzə çıxdı
Rusiya Ukraynanın Krımla bağlı tələbini blokladı
Krım Qərb üçün aktuallığını itirir
Fransa Krımı Rusiyanın ərazisi kimi tanıya bilər
Co Bayden: ABŞ heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq
Krımda fövqəladə vəziyyət elan olunub

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

19
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

19
 Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən

Lukaşenko azərbaycanlı səfirə: "Ümid edirəm ki, Belarus hər zaman qəlbinizdə qalacaq"

8
(Yenilənib 15:30 26.07.2021)
Prezident Aleksandr Lukaşenbko deyib ki, Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.

BAKI, 26 iyul — Sputnik. Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

"Nəsə pis bir ənənədir: bizim ən yaxşı dost səfirlər yola düşür və sizdən sonra gələnlərin bizim yaxşı dostlarımız olacağına ümid edirik. Biz sizin səlahiyyət müddətinizdə olduğu kimi Azərbaycanla ən xoş münasibətlər qura biləcəyik. Azərbaycanla yaxşı əlaqələrimizin olacağına şübhə etmirəm, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacardıq", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti hər iki ölkənin xalqları arasında xoş, mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb: "Biz bunu tez-tez qardaşlıq münasibətləri adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Bu işdə sizin də payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Mən çox ümid edirəm ki, bundan sonra həyatınızın növbəti mərhələsində harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq".

Lukaşenko Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında gərginləşən münaqişədən narahatlıq keçirdiyini söyləyib: "Əsasən Azərbaycanın və sizin prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, sülhə gedən yol yeni başlayıb".

Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafından danışan Aleksandr Lukaşenko, Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu qeyd edib. O, Belarusa karbohidrogen xammalı tədarükünə görə Azərbaycan tərəfinə təşəkkür etdi.

Belarus Prezidenti ilə görüşdən sonra Lətif Qəndilov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin möhkəm təmələ sahib olduğunu, ölkələrin hər zaman irəliyə baxdıqlarını və özləri üçün vacib hədəflər qoyduqlarını bəyan edib: "Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri həyata keçirə bildik. Bizim həll olunmamış məsələlərimiz, həll olunmamış problemlərimiz yoxdur. Belarus bizim üçün qardaş dövlətdir. Bu dövlətin nüfuzu çox yüksəkdir. Həmişə sizinlə olmuşuq və olacağıq".

8
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

0
(Yenilənib 19:52 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

0