BM Suriye Özel Temsilcisi Steffan de Mistura

“Bu gün önəmli bir gün olacaq”

15
(Yenilənib 15:45 02.03.2017)
Suriyalı müxalifləri təmsil edən nümayəndə heyəti adından mətbuata açıqlama verәn Yəhya Kadamani, görüşün müsbət keçdiyini açıqlayıb

BAKI, 2 mart – Sputnik. İsveçrənin Cenevrə şəhərində davam edən Suriya danışıqları 7-ci gününə girib. Bu gün rəsmi Dəməşq, Rusiya heyətinin iştirakı ilə Suriya müxalifətini təmsil edən nümayəndələrlə bir araya gəlib.

Sputnik-in məlumatına görə, görüşdə Rusiya tərəfini xarici işlər nazirinin müavini Gennadi Qatilov təmsil edib.

Suriyalı müxalifləri təmsil edən nümayəndə heyəti adından mətbuata açıqlama verәn Yəhya Kadamani, görüşün müsbət keçdiyini açıqlayıb: “Görüş müsbәt keçib vә Astanada verilәn tәminatların yerinә yetirilmәsi tələb olunub”.

G. Qatilov isə bunları deyib: “Astanada keçirilәcәk növbәti danışıqların nәticәsinә görә Cenevrәdәki Suriya danışıqları martın 20-dәk davam edә bilәr”.

Danışıqların 7-ci günündə müxaliflərlə ikinci dəfə görüşən Birləşmiş Millətlər Təşkilatının Suriya üzrә xüsusi nümayəndəsi Stefan De Mistura isә gәlinәn nöqtәdәn məmnun olduğunu söyləyib.

“Bu gün önəmli bir gün olacaq” – Mistura qeyd edib. 

15
Teqlər:
Birləşmiş Millətlər Təşkilatı, Gennadi Qatilov, Stefan De Mistura, Cenevrə şəhəri, Astana, İsveçrə, Rusiya
Əlaqədar
Cenevrədə növbəti Suriya danışıqları bu tarixdə keçiriləcək
Bəşər Əsəddən sonrakı Suriya ssenarisi
Astanadakı Suriya danışıqlarında gərginlik
Ceff Bezos, arxiv şəkli

Ən varlı kişinin qadını orta məktəb müəllimini seçdi

6
(Yenilənib 11:47 08.03.2021)
Skottun yeni əri Den Cuett uzun illər müəllim işlədiyini, indi isə "xoşbəxt təsadüf nəticəsində ən xeyirxah və comərd insanla ailə qurduğunu" bildirib

BAKI, 8 mart - Sputnik. Dünyanın ən varlı adamı hesab edilən Amazon şirkətinin rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skott Siettldən olan təbiət fənni müəlliminə ərə gedib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal yazır. 

Bir müddət əvvəl M.Skott 1,7 milyard dolları xeyriyyəyə xərclədiyini Medium platformasındakı bloqundan bəyan eləmişdi. Elə həmin yazıda da soyadını dəyişdiyini bildirmişdi. Dekabrda qadın yazırdı ki, Bezosdan ayrılandan sonra öz varidatından 4 milyard dollar xərcləyib. 

Skottun yeni əri Den Cuett isə uzun illər müəllim işlədiyini, indi isə "xoşbəxt təsadüf nəticəsində ən xeyirxah və comərd insanla ailə qurduğunu" bildirib. Onun bu sözləri Giving Pledge beynəlxalq xeriyyə şirkətinin saytında sitat gətirilir. O qeyd edib ki, başqalarına yardım etmək məqsədilə xanımı ilə birgə nəhəng pullar sərf etməyə hazırdır. 

Amazon-un nümayəndəsi isə Ceff Bezosun keçmiş xanımı və onun yeni ərinə görə xoşbəxt olduğunu, üstəlik, Cuetti "yaxşı oğlan" hesab etdiyini söyləyib. 

Ötən ilin sentyabrında dünya KİV-ləri yazırdı ki, Makkenzi Skott dünyanın ən varlı qadınına çevrilib.

6
Teqlər:
ən varlı, xeyriyyə, müəllim, ər, arvad, Cef Bezos
S-400 zenit-raket sistemi, arxiv şəkli

Türkiyədən ABŞ-a xəbərdarlıq

103
Ərdoğanın sözçüsü amerikalı partnyorları Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamağa çağırıb.

BAKI, 8 mart - Sputnik. Rusiyanın S-400 zenit-raket sisteminin tətbiqi məsələsində ABŞ-ın Türkiyəyə təzyiq etmək cəhdləri əks nəticələr verə bilər. Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə müsahibəsində deyib.

"Əgər başqa bir ölkə bizə maksimalist mövqeyindən "ya biz deyən olacaq, ya da olmayacaq" deyə tələb qoyarsa, bu bizi başqa istiqamətlərə yönəldər", - Kalın deyib.

Ərdoğanın sözçüsü amerikalı partnyorları Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamağa çağırıb. 

Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.

2020-ci ilin dekabrında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.

 

103
Teqlər:
ABŞ, Türkiyə, S-400 zenit-raket kompleksi

Sürüşmə deyil, köhnə süxur kütləsi yer dəyişib - Nazirlik rəsmisi

0
Bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb

BAKI, 8 mart - Sputnik. Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: “Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.

Qeyd edək ki, bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb. 

0
Teqlər:
açıqlama, ETSN, Badamdarda sürüşmə