Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Trampa öz komandasından daha bir zərbə

© AP Photo / Alex BrandonBirləşmiş Ştatların Baş prokuroru Ceff Seşons
Birləşmiş Ştatların Baş prokuroru Ceff Seşons - Sputnik Azərbaycan
Abunə olmaq
Bu xəbər Ağ Ev rəhbərini çıxılmaz vəziyyətə salacaq

BAKI, 2 mart — Sputnik. Birləşmiş Ştatların Baş prokuroru Ceff Seşons prezident seçkiləri kampaniyası ərəfəsində iki dəfə Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak ilə təmasda olub. Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir ki, danışıqlar 2016-cıl ildə, Seşons hələ senator olarkən baş tutub. Lakin o, Konqresdə Baş prokuror vəzifəsinə təyin olunan zaman bu məlumatları gizlədib və açıqlamayıb.

Yayılan xəbər ABŞ siyasi elitasında şok effekt yaradıb. Məsələ ilə bağlı Donald Tramp administrasiyasından hələlik şərh verilməyib.

Xatırladaq ki, bundan əvvəl Moskva ilə bu cür əlaqələrə görə ABŞ prezidentinin müşaviri Maykl Flayn istefa vermişdi.

Xəbər lenti
0