Kabildə silsilə partlayışlar baş verib

Kabildə silsilə partlayışlar baş verib

11
ABŞ-ın dəstək verdiyi əfqan hökuməti yaydığı bəyanatda, partlayışın 6 və 12 saylı polis bölmələri yaxınlığında yaşandığını bildirib

BAKI, 1 mart – Sputnik. "Taliban" hərəkatı silahlı üzvləri Əfqanıstanın paytaxtı Kabildə polis departamenti yaxınlığında partlayış törədib.

Sputnik Azərbaycan Əl-Cəzirəyə istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisədə 1 polis ölüb, 35 nəfər yaralanıb.

ABŞ-ın dəstək verdiyi əfqan hökuməti yaydığı bəyanatda, partlayışın 6 və 12 saylı polis bölmələri yaxınlığında yaşandığını bildirib. 

11
Teqlər:
"Taliban" hərəkatı, Kabil, Əfqanıstan, ABŞ
Əlaqədar
Partlayış nəticəsində 60-dan çox dinc sakin öldü
Paytaxtda partlayış olub
Dönərxana partladı: 5 nəfər yaralandı
Bağdadda partlayış nəticəsində 55 nəfər ölüb

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

10
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

10
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

14
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

0
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

0