ABD tankları Menbiç'te

ABŞ-ın müdhiş anti-Türkiyə planı üzə çıxdı

3939
Vaşinqton Suriyanın şimalındakı PYD döyüşçülərini Türkiyə əsgərlərindən qorumaq üçün hərbi baza yaradıb

BAKI, 28 fev — Sputnik. Türk ordusunun Münbiç əməliyyatının qarşısını almaq üçün ABŞ bölgədə hərbi baza qurdu. Bunu Sputnik Türkiyə-yə açıqlamasında Suriyanın şimalındakı PYD təşkilatının adının açıqlanmasını istəməyən bir təmsilçisi deyib.

"Amerika Suriyanın şimalındakı PYD döyüşçülərini Türkiyə əsgərləri və Azad Suriya Ordusundan qorumaq üçün Münbiç vilayətində hərbi baza yaradıb. ABŞ Türkiyə və ASO-nun Münbiçə hərbi əməliyyat hazırlığında olduğunu bildiyi üçün əraziyə çoxlu sayda əsgər və silah-sursat göndərir" — deyə PYD yetkilisi bildirib.

"Əgər Türkiyə Silahlı Qüvvələri Münbiçdə hərbi əməliyyat başlatsa, biz Raqqada İŞİD-ə qarşı döyüşməkdən imtina edəcəyik" — təşkilat nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab etdiyi üçün təşkilata mənsub döyüşçülərə Fərat çayının qərb tərəfinə keçməmək barədə dəfələrlə xəbərdarlıq edib. Münbiç Fəratın qərbində yerləşən, geostrateji əhəmiyyətə sahib şəhərdir.

Ötən ilin əvvəlində İŞİD-dən geri alınan əraziyə PYD yaraqlıları də daxil olublar. Türk ordusu həmin silahlılara şəhəri tərk etmələri üçün vaxt qoyub. Lakin PYD döyüşçülərinin az bir qismi hələ də şəhərdə qalmaqdadır.

3939
Teqlər:
Münbiç, ASO, PYD, əməliyyat, Türk ordusu, Suriya, hərbi baza, ABŞ, əsgər
Əlaqədar
Türkiyə vətəndaşlarının 47%-i ABŞ haqqında mənfi fikirdədir
Türkiyə-ABŞ əlaqələrində "yeni gün" başladı
ABŞ-dan Türkiyəni qıcıqlandıran daha bir açıqlama
Türkiyə-ABŞ gərginliyi davam edir
Türkiyənin bu addımı ABŞ-a böyük zərbə ola bilər
ABŞ-dan maraqlı açıqlama: "Türkiyəni itirdik"
"ABŞ imkan verməz ki, Rusiya-Türkiyə-İran üçlüyü onun planını pozsun"
Türkiyəli siyasətçi: "ABŞ bizi təhdid edir"
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

2
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

2
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Fransa ordusunun əsgərləri Charlie Hebdo jurnalının ofisinin yaxınlığında, 25.09.2020

Məhəmməd peyğəmbəri təhqir edən jurnalın binası qarşısında insanlara hücum

9
(Yenilənib 20:23 25.09.2020)
"Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir. Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

BAKI, 25 sentyabr — Sputnik. Parisdə "Charlie Hebdo" satirik jurnalının köhnə redaksiyasının binasının qarşısında insanlara hücum edilib. Sputnik Azərbaycan "BFMTV" telekanalına istinadən xəbər verir ki, üzərində soyuq silah olan şəxs bir neçə nəfəri yaralayıb.

Qeyd olunur ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. KİV-in məlumatına görə, xəsarət alanlardan ikisi Premières Lignes informasiya agentliyinin (onun redaksiyası Charlie Hebdo-nun əvvəlki binasının kirayəçisidir) əməkdaşlarıdır. 

Hadisə yerindən yayınan şübhəlilərdən biri Bastiliya meydanı, digəri isə "Rişar Lenuar" metro stansiyasının yanında saxlanılıb. Ancaq polis yalnız bir şübhəlinin saxlanıldığı barədə məlumat yayıb. Bildirilir ki, o artıq ifadə verib. Şübhəlinin 18 yaşı var və Pakistan əsillidir. 

Prokurorluq araşdırmalara başlayıb.

Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir.

Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən dərc olunması ilə bağlıdır. Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.

Bundan əvvəl Tehran Fransanın "Charlie Hebdo" qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.

2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə "Charlie Hebdo" redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.

Terror aktından sonra bir milyondan artıq fransalı "Je suis Charlie" ("Mən Şarliyəm") yazılmış lövhəciklərlə terrora və mətbuatda senzuraya qarşı yürüş ediblər.

9
Teqlər:
karikatura, Məhəmməd peyğəmbər, Pakistan, "Charlie Hebdo", Fransa, terror
Əlaqədar
Terrorçular "Charlie Hebdo"nu yeni hücumla təhdid edirlər
Dəhşətli terror: bu dəfə Avropanın mərkəzində əsgərləri vurdular
Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb
Məşhur jurnal bu dəfə Rusiya və Ukraynanı təhqir etdi
İstixana, arxiv şəkli

Borclu istixanalardan xəbər var - Bu qışa hazırlıq gedir

0
(Yenilənib 21:26 25.09.2020)
Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir.

BAKI, 25 sentyabr — Sputnik. 2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır: "Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3% təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1% təşkil edir. Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6% təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir".

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq Birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. 

0
Teqlər:
razılaşma, borc, sahibkar, istixana, "Azəriqaz"
Əlaqədar
Daxili borc xaricdəki nəhəng bazarı əldən çıxara bilər: biri pulunu, biri güzəşt istəyir
Təhlükəli xəbərdarlıq: Dünya sürətlə aclığa doğru gedir
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Rusiyanın yeni qərarı Azərbaycan bazarını qarışdıracaq: amma alıcıya xeyri var
İnsafsızların marşı: "Soğan yeməmisən, bəs sarımsağın biri hanı?"